date saat
İyunun 17-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi ilə “Naxçıvan” Universitetinin birgə təsdiq olunmuş tədbirlər planına uyğun olaraq təşkil edilən “Ailə cəmiyyətin özəyidir” proqramı çərçivəsində növbəti maarifləndirici konfrans keçirilmişdir. “Ailə üzvlərinin aliment öhdəlikləri” mövzusunda təşkil edilən tədbirdə universitetin müəllim və tələbə kollektivi iştirak etmişdir.
Konfransı giriş sözü ilə universitetin rektoru Nurlana Əliyeva açaraq tədbirin əhəmiyyəti barədə məlumat verib.
Sonra nazirliyin əməkdaşları Reyhan Sadiqovanın “Valideynlərin, uşaqların, ər-arvadın və keçmiş ər-arvadın aliment öhdəlikləri”, Həbibə Əliyevanın “Ailənin başqa üzvlərinin aliment öhdəlikləri və alimentin ödənilməsi barədə saziş”, Rəşad Allahverdiyevin “Alimentin ödənilməsi və tutulması qaydası”, universitetin müəllimləri Emilya Süleymanovanın “Boşanmış ailələrdə uşaqların mənəvi ehtiyaclarının ödənilməsi və ünsiyyət mexanizmi” və Təranə Əliyevanın “Valideynlər arasındakı münasibətin uşaqlara psixoloji təsiri” mövzusunda çıxışları dinlənilib.
Yerli ekoloji proqramların qəbul və icra olunması məqsədilə bələdiyyələr “Bələdiyyələrin daimi və başqa komissiyaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli ekoloji məsələlər üzrə daimi komissiya yaradırlar. Həmin daimi komissiya yerli ekoloji proqramların layihələrini hazırlayır. Qeyd edək ki, qanunvericiliyə görə bələdiyyə üzvü eyni vaxtda bir neçə daimi və ya başqa komissiyanın üzvü ola bilər. “Ekoloji təhlükəsizlik haqqında” Qanuna görə Azərbaycan Respublikasının bütün ərazisi ekoloji təhlükənin dərəcəsi üzrə zonalara bölünür. Zonalarda ekoloji təhlükəsizliyin təmin edilməsinə dair tələblər müəyyən olunub. Hər bir bələdiyyə öz ərazisində ekoloji təhlükəsizliyin təmin edilməsi üçün, ilk növbədə, ərazisinin ekoloji təhlükəlilik baxımından hansı zonaya bölünməsini dəqiq bilməlidir. Bunu bildikdən sonra həmin zonada hansı təsərrüfat və digər fəaliyyət növləri ilə məşğulluğun mümkünlüyü, yaxud hansı fəaliyyət növü ilə məşğul olmamaq dəqiq müəyyənləşdirilməlidir.