date saat
Next PauseResume Prev |
Gənclər Mərkəzində Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə gənc dövlət qulluqçuları arasında “Xəmsə” Milli İntellektual Oyunu keçirilib. Oyunun keçirilməsində məqsəd gənc dövlət qulluqçularının dünyagörüşünün, zehni inkişafının, intellektual düşünmə qabiliyyətlərini stimullaşdırmaq, onların asudə vaxtının səmərəli təşkil etmək, həmçinin, intellektual oyunların kütləviliyini təmin etməkdən ibarətdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 03 aprel 2019-cu il tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamının icrası istiqamətində işlər davam etdirilir. Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin hüquqşünaslıq ixtisası üzrə qiyabi təhsil alan tələbələri bir gün ərzində Ədliyyə Nazirliyinin qeydiyyat, notariat və ekspertiza sahəsində gördüyü işlərlə və bu istiqamətdə həyata keçirlən metodlarla əyani tanış olmuşlar.