date saat

  • vtem slides

    Naxçıvan “ASAN xidmət” mərkəzinin açılışı olub 

    Açılış mərasimində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev iştirak ediblər.  Öncə xalqımızın Ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, önünə gül dəstəsi qoyulub. Tədbirdə məlumat verilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “ASAN xidmət” mərkəzləri Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanı ilə yaradılıb. Naxçıvan “ASAN xidmət” mərkəzi isə ümumilikdə, respublika üzrə 26-cı mərkəzdir.…
  • vtem slides

    XİN əməkdaşları və gənc diplomatlar Naxçıvanda səfərdədir 

    Bu gün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə həyata keçirilən gənc diplomatlar üçün "Xarici Siyasət Proqramı" çərçivəsində ötən il diplomatik xidmətə qəbul edilmiş əməkdaşlar, Xarici İşlər Nazirliyinin Kadrlar və Təşkilat-nəzarət idarələrinin rəisləri və ADA Universitetinin məsul əməkdaşlarından ibarət heyət Naxçıvan Muxtar Respublikasında səfərdədir. Səfər proqramı ulu öndərin Naxçıvan şəhərindəki abidəsini ziyarətlə başlayıb. Qonaqlar dahi şəxsiyyətin abidəsi önünə gül dəstələri düzüb, ehtiramlarını bildiriblər. Sonra Heydər Əliyev Muzeyi ilə tanışlıq olub. Səfər çərçivəsində qonaqlar Naxçıvan muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli Nümayəndəsi Fuad Nəcəfli ilə görüşüblər.…
  • vtem slides

    Naxçıvan Muxtar Respublikasında 2023-cü ilin ilk 4 ayının yekunları müzakirə edilib 

      Mayın 15-də Naxçıvan Muxtar Respublikasında 2023-cü ilin ilk 4 ayının yekunları ilə bağlı müşavirə keçirilib. Müşavirədə aid mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri iştirak ediblər.Müşavirədə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin iştirakı ilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin gördüyü işlər və sosial-iqtisadi göstəricilərə dair hesabat verib. Hesabat məruzəsində büdcə proqnozlaşdırılması, büdcəyə vergi daxilolmaları, sahibkarlara verilən güzəştli kreditlər, “yaşıl enerji” layihələri çərçivəsində görülən işlər, dövlət orqanlarında innovativ texnologiyaların tətbiqinə diqqət yetirilib.…
  • vtem slides

    Naxçıvan Dövlət Milli Dram Teatrında “Cibimizdəki dəlilik” tamaşası təqdim olunub 

    Mayın 13-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının səhnəsində türkiyəli yazıçı Mehmet Ümit Görgülünün psixoloji dram janrında olan “Cibimizdəki dəlilik” əsəri əsasında səhnələşdirilən tamaşa təqdim edilib. Tamaşanı Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Birinci Naxçıvan Kitab Sərgisində iştirak edən ziyalılar, Qazaxıstan Respublikasının incəsənət ustaları və ictimaiyyət nümayəndələri izləyiblər. Azərbaycan teatr səhnəsində ilk dəfə səhnələşdirilən “Cibimizdəki dəlilik” tamaşasında insanın insana yadlaşması, özündən, öz dəyərlərindən uzaqlaşması acı bir həqiqət kimi öz səhnə həllini tapır. İnsanlığın sevgidən, sədaqətdən, bütün müsbət insani keyfiyyətlərdən yoxsullaşdığının fərqində olan insanlar ya dəli olur, ya da zamanın axarına uyub yaşayı…
  • vtem slides

    “Çınqıllı” suyunun istehsalı bərpa olunub 

    Muxtar respublikaya yerli və xarici investorların marağı günbəgün artır. Yeni cəlb edilən investisiyalar hesabına fəaliyyəti dayanan müəssisələr bərpa edilir, yeni istehsal sahələri fəaliyyətə başlayır. Şahbuz rayonunun Keçili kəndindəki “Çınqıllı” su istehsalı müəssisəsi də bu tədbirlər çərçivəsində fəaliyyətini daha müasir formada davam etdirəcək. Açılış tədbirində iştirak edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə məlumat verilib ki, mənbəyini kəndin səfalı dağlarından götürən saf bulaq suyu müəssisədə qatqısız və heç bir filtrizasiya prosesindən keçmədən təbii şəkildə qablaşdırılır.…
  • vtem slides

    Naxçıvanda Ümummilli Liderin 100 illiyi münasibətilə möhtəşəm konsert təşkil olunub 

    Mayın 10-da Naxçıvan Muxtar Respublika stadionunda Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə təşkil olunan konsertdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri, on minlərlə muxtar respublika sakini iştirak edib.Konsertdən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Şuşadan xalqa müraciətində Naxçıvanla bağlı fikirləri geniş ekranda videoyazı vasitəsilə tamaşaçıların diqqətinə çatdırılıb. Stadionda quraşdırılan böyük ekranlarda Ümummilli Lider Heydər Əliyev haqqında “əsrin xəyalı” adlı kompozisiyalar, dahi şəxsiyyətin videoyazıları, Azərbaycanın elm, sənət, idman və mədəni zənginliklərin…
  • vtem slides

    Naxçıvanda Ümummilli Liderin 100 illiyinə həsr olunmuş tədbir keçirilib 

    Mayın 10-da Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabinetinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri, dünyaşöhrətli siyasətçi, müdrik dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoyub, Heydər Əliyev Muzeyində dahi şəxsiyyətin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar. Heydər Əliyev Muzeyinin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıdığını, Ulu Öndərin zəngin və çoxşaxəli irsinin öyrənilib təbliğ edilməsindəki aktiv rolunu, zəngin fond ekspon…
  • vtem slides

    Naxçıvanda “Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” mövzusunda konfrans keçirilib 

    Müstəqil Azərbaycanın memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində ölkəmizdə akkreditə olunmuş, iqamətgahı Bakıda və Ankarada yerləşən diplomatik korpusun nümayəndələri, eləcə də hərbi attaşelər Naxçıvan şəhərində səfərdə olublar. Ümumilikdə 80-ə yaxın ölkədən və 23 təşkilatdan 140-a yaxın diplomatın və hərbi attaşenin iştirak etdiyi səfər Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzindəki abidəsinin ziyarət olunması ilə başlayıb. Sonra Heydər Əliyev Muzeyinə gələn qonaqlar Ümummilli Liderin həyat və fəaliyyətinə aid fotoşəkil və eksponatlarla tanış olublar. Ulu Öndərin hər kəsə örnək olan çoxşaxəli siyasi fəaliyyəti, o cümlədən həyatının Naxçıvan mərhələsi haqqında xarici qonaqlara ətraflı məlumat verilib.…
  • vtem slides

    Fuad Nəcəfli Naxçıvan televiziyasına müsahibə verib 

    Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Sahil Tahirliyə müsahibə verib. - Salam, Fuad müəllim, xoş gördük! Gərgin iş qrafikinizə baxmayaraq, xahişimizi diqqətə alıb bizə zaman ayırdığınıza görə sizə minnətdarlığımızı bildiririk... -Təşəkkür edirəm, mən də sizə və kollektivinizə uğurlar arzulayıram...…
  • vtem slides

    Naxçıvanda akademik Zərifə xanım Əliyevanın 100 illiyi ilə əlaqədar “Elmdə qadınlar” adlı konfrans keçirilib 

    Aprelin 18-də Naxçıvan Dövlət Milli Dram Teatrında görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi ilə əlaqədar “Elmdə qadınlar” adlı konfrans keçirilib. Əvvəlcə konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoyub, Heydər Əliyev Muzeyinə gələrək dahi şəxsiyyətin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.…
Pause

  • 01.jpg
  • 02.jpg
  • 03.jpg
  • 04.jpg
  • 05.jpg
  • 06.jpg
  • 07.jpg
  • 08.jpg
  • 09.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg
  • 22.jpg
  • 23.jpg
  • 24.jpg
  • 25.jpg
  • 26.jpg
  • 27.jpg
  • 28.jpg
  • 29.jpg
  • 30.jpg
  • 32.jpg
  • 33.jpg
  • b1.jpg
  • n6.jpg
  • n8.jpg
  • n13.jpg
  • n15.jpg
  • n16.jpg
  • n17.jpg
  • n36.jpg
  • n44.jpg
  • n45.jpg

Muxtar respublikada  hər sahədə olduğu kimi ədliyyə sisteminin də inkişafı və təkmilləşdirilməsi diqqət mərkəzində saxlanılır. Məhz bunun nəticəsidir ki, nazirlikdə müasir tələblərə cavab verən dövlət idarəetmə mexanizmi formalaşmışdır. Nazirliyin kadr potensialının möhkəmləndirilməsi, vakant vəzifələrin gənc əməkdaşlarla komplektləşdirilməsi,   əməkdaşların bilik, bacarıq və potensialından səmərəli istifadə edilməsi istiqamətində məqsədyönlü tədbirlər görülür. Ədliyyə orqanlarına qulluğa qəbul aşkarlıq və şəffaflıq prinsiplərinə uyğun həyata keçirilir.

Bu tədbirlər çərçivəsində nazirliyin yerli icra və probasiya qurumlarında vakant olan icra məmuru vəzifələri üzrə 6, Məhkəmə Ekspertizası Mərkəzində isə vakant ekspert vəzifəsi üzrə 1 namizəd  Ədliyyə Akademiyasında onlayn icbari təlimə cəlb olunmuşdur. Distant formada keçirilmiş təlimin yekunları ilə bağlı onlayn imtahan keçirilmişdir. İmtahanda iştirak edən namizədlərin hər biri müsbət nəticə əldə etmiş, ədliyyə orqanlarında peşə fəaliyyəti ilə məşğul olmaq hüququ qazanaraq müvafiq şəhadətnamələr almışlar. Nazirliyin əməkdaşı onlayn imtahanda komissiya üzvü kimi iştirak etmişdir.

 

  Naxçıvan Muxtar Respublikasının

Ədliyyə Nazirliyinin mətbuat xidməti

Cəmiyyətin və dövlətin özəyi olan ailələrin dağılması daha çox həmin ailələrdə doğulan uşaqların yaşayışlarına və həyat tərzlərinə təsir edir.  Bu təsir həm maddi-mənəvi, həm də psixoloji cəhətdən onların inkişafına mane olur.  Boşanma hallarının artdığı bir dövrdə ölkəmizdə əsas diqqət uşaqların hüquq və mənafelərinin qorunmasına xidmət edir.

Belə ki, konstitusiyamızda göstərilir ki, uşaqları saxlamaq valideynlərin həm borcu, həm də hüququdur. Konstitusiyada nəzərdə tutulan əsas insan və vətəndaş hüquqlarına aid olan ailə münasibətlərinin yaranması  və möhkəmlənməsi, onlara  xitam verilməsinin prinsipləri, ailə münasibətləri iştirakçılarının hüquq və vəzifələri və dövlət orqanlarının bu sahədə vəzifələri Azərbaycan Respublikası Ailə Məcəlləsi ilə tənzimlənir. Həmin məcəlləyə əsasən hər bir uşaq ailədə yaşamaq, tərbiyə almaq, valideynlərini tanımaq, onların qayğısından yararlanmaq hüququna malikdir. Nikahı pozulmuş və uşaqlarından ayrı yaşayan valideynlər uşaqların saxlanılması üçün qanunvericiliklə müəyyən edilmiş qaydada müəyyən məbləğdə vəsait ödəməyə borcludurlar. Ödənilən həmin vəsait aliment adlanır. Valideynlər alimenti könüllü olaraq ödəmək istədikdə Ailə Məcəlləsində göstərildiyi kimi yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər bu vəzifələrini könüllü yerinə yetirmədikdə uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Qanunvericiliyə əsasən məhkəmə qaydasında aliment tutulmasının iki qaydası müəyyən edilibdir. Əgər aliment ödəyicisi hər hansı bir sahədə işləyirsə, bu zaman onun aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında, yox əgər iş yeri yoxdursa və tərəflər razılığa gəlirsə, sabit pul məbləğində pul vəsaitinin tutlulması nəzərdə tutulur.

Ardını oxu...