date saat
Ölkəmizdə ailə dövlət tərəfindən qorunur və himayə edilir. Konstitusiya və bu sahədə qəbul olunan qanunlar ailənin cəmiyyətdəki layiqli mövqeyinə təminat yaradır. Ailə Məcəlləsinin qüvvəyə minməsi ilə ailə münasibətlərinin yaranması və möhkəmlənməsi, onlara xitam verilməsi prinsipləri, ailə münasibətlərinin iştirakçılarının hüquq və vəzifələrini tənzimləyən normalar müəyyən edilmişdir. Məcəllədə evlilikdən əvvəl gələcək ailə münasibətlərinin planlaşdırılması, o cümlədən nikah müqaviləsi bağlamaqla, əmlak məsələlərini nizama salmaq kimi vacib müddəalar da əksini tapıbdır. Nikah müqaviləsi anlayışı ingilis dilindəki “marriage contract” sözündən götürülüb, nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir.
Nikah müqaviləsi ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər. Ər-arvad nikah müqaviləsində bir-birinin qarşılıqlı saxlanması, bir-birinin gəlirlərində iştirak üsulları, hər birinin ailə xərclərində iştirakı qaydası ilə bağlı hüquq və vəzifələrini, nikah pozulduqda hər birinə düşəcək əmlakı və ər-arvadın əmlak münasibətlərinə dair hər hansı başqa müddəanı müəyyənləşdirmək hüququna malikdirlər. Nikah müqaviləsində ər-arvadın hüquq və fəaliyyət qabiliyyətini, öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququnu, uşaqlara münasibətdə hüquq və vəzifələrini məhdudlaşdıran, ailə qanunvericiliyinin əsaslarına zidd olan müddəalar nəzərdə tutula bilməz.
Sentyabrın 25-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində qeydiyyat şöbələrinin rəislərinin iştirakı ilə tədris saatı təşkil edilmişdir.
Nazirliyin iş planının müvafiq bəndinin icrası ilə əlaqədar keçirilən tədris saatında qeyd olunub ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılmasının təşkili nazirliyin əsas fəaliyyət istiqamətlərindən biridir. Qeydiyyat şöbələrində aparılan əməliyyatların qanunvericiliyə uyğun aparılması, qeydiyyat şöbələrinin işçilərinin peşəkarlıq səviyyələrinin artırılması, əmək və icra intizamına əməl oluması nəzarətdə saxlanılır. Eləcə də bu qurumların əlaqəli şəkildə işləyən inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə aparılan əməliyyatların qanunvericiliyə uyğun aparılması ilə bağlı da yoxlamalar aparılır və aşkar olunmuş nöqsanların aradan qaldırılması istiqamətində tədbirlər görülür. Nazirliyin digər yerli qurumları kimi qeydiyyat şöbələri də qanunvericiliyin tətbiqi təcrübəsi ilə bağlı metodiki tövsiyələrlə təmin olunurlar.