date saat
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi muxtar respublika ərazisində fəaliyyət göstərən bütün bələdiyyələrə metodiki köməkliyin göstərilməsi və ardıcıl olaraq maarifləndirmə tədbirlərini həyata keçirilməsini davam etdirir. Bu dəfəki tədbir nazirliyin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Şərur rayonunda fəaliyyət göstərən bələdiyyə orqanlarının əməkdaşları üçün təşkil edilmişdir.
“Yerli əhəmiyyətli ekoloji təmizlik məsələlərinin həllində bələdiyyələrin vəzifələri” mövzusunda keçirilən tədbiri giriş sözü ilə Şərur Rayon İcra hakimiyyəti aparatının inzibati ərazi idarəetmə və yerli idarəetmə şöbəsinin müdiri Sahib Qurbanov açaraq iştirakçılara tədbirin əhəmiyyəti barədə ətraflı məlumat vermişdir.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının və notariat hərəkətlərinin aparılmasında qanunvericiliyin tələblərinə əməl olunması istiqamətində inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin maarifləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi təşkil etdikləri seminarlar davam etdirilir. Qeydiyyat və notariat sahəsində əhaliyə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi, nöqsanlara yol verilməməsi və aparılan əməliyyatlar zamanı kargüzarlıq qaydaları ilə bağlı qanunvericiliyin tələblərinin gözlənilməsi məqsədilə inzibati ərazi dairələri üzrə nümayəndələrin iştirakı ilə “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının və notariat hərəkətlərinin aparılmasında qanunvericiliyin tələbləri” mövzusunda növbəti seminar Babək rayonunda keçirilmişdir.
Babək Rayon İcra Hakimiyyəti aparatının nümayəndəsi Müşviq Məmmədsoy seminarın əhəmiyyəti barədə məlumat verərək vurğulayıb ki, qeydiyyat əməliyyatlarının həyata keçirilməsi zamanı məsul şəxslər qanunvericiliyin tələblərinə düzgün şəkildə əməl etməlidirlər.
Seminarda nazirliyin əməkdaşları Zülfü İsmayılovun “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılmasında qanunvericiliyin tələbləri”, Həbibə Əliyevanın “Doğumun, ölümün və nikahın qeydə alınması zamanı yol verilən nöqsanlar”, Reyhan Sadiqovanın “Ad hüququ və adların verilməsi ilə bağlı qanunvericiliyin tələbləri” və Nərminə Əlizadənin “İnzibati ərazi dairəsi üzrə nümayəndəliklərində notariat hərəkətlərinin aparılmasında qanunvericiliyin tələbləri” mövzularında çıxışları dinlənilmişdir.
AZƏRBAYCAN DİLİNDƏ İCRA OLUNMUŞ ƏLYAZMA MƏTNLƏRİN İCRAÇISININ PSİXOFİZİOLOJİ KEYFİYYƏTLƏRİNİN KRİMİNALİSTİK MÜƏYYƏN OLUNMASINDA DURĞU VƏ RƏMZİ İŞARƏLƏRİN ƏHƏMİYYƏTİ
Açar sözlər: kriminalistik tədqiqat, psixofizioloji, durğu işarələri, rəmzi işarələr, əlyazma mətn.
Müəllif məqalədə əlyazma mətnlərdə icra olunan durğu işarələrinin və həmin mətnlərin icra olunduğu vərəqələrin müvafiq boş yerlərində tez-tez rast gəlinən rəmzi işarələrin, xüsusi qeydlərin icra olunma xüsusiyyətlərindən, fərdiliyindən və bu işarələrin əlyazma mətnlərin icraçısının psixofizioloji keyfiyyətlərinin müəyyən olunmasının əhəmiyyətindən bəhs etmişdir. O, burada haqlı olaraq bu işarələrin digər xətt əlamətləri ilə birgə qiymətləndirilməsi problemlərinə də diqqət yetirmişdir.
Həmçinin məqalədə dünya təcrübəsində durğu və rəmzi işarələrlə bağlı aparılmış tədqiqatlar, keçirilmiş eksperimentlər öyrənilməklə yanaşı, nümunələr də göstərilmişdir.
Hər bir insanın ümumi xarici görünüşündə mimikasında, jestində, yerişində, bədən hərəkətlərində, səsində, danışığında və ona xas olan digər hərəkətlərdəpsixofizioloji və digər şəxsi-fərdikeyfiyyətləri ifadə olunur. Şəxsin duruşu və yerişi, onda daimi olan fərdi cizgiləri, hərəkətsizliklə və hərəkətdəki xüsusi heykəlləşmə, addımlamağın məlum tempi, addımın ölçüsü, yerişdə bədənin xüsusi yırğalanması və s. xarici görünüşü vasitəsi ilə kim olduğunu əks etdirir. Bütün bunlar şəxsiyyətin özündə xüsusi fərdi xarakteri əks etdirir. Biz uzaqdan gələn şəxsi və ya tanıdığımız insanıyerişindən tanıya bilirik. Yaxud onun həmin şəxs olmadığını iddia edirik və deyirik: “Bu o, şəxs deyil. Cünki onun yerişi belə deyil”Burada tanımağımızın düzgünlüyünə inanırıq vənəticədə səhv etmirik. Eləcə də bu və ya buna bənzər xüsusiyyətlər əlyazmada da baş verir.Ona görə ki, əlyazmada da icraçının özünəməxsusüstünlüyün məsələn, onun şəxsiyyətini, xarakterini aşkar edən əsas əlamətlər, cizgilər və rəmzi işarələr əks olunur. Fərq yalnız onda olur ki, bizim eşitdiyimiz sözlər, səs tonu və intonasiya, gördüyümüz bədən hərəkətləri və s. bizim üçün ancaq ani təəssürat, müvəqqəti görüntü təşkil edir.Lakin əlyazma mətnlərdə isə əlamətlər dəyişmədən yazı ləvazimatı üzərində gözümüzün önündə qalır.Qeyd olunan bu keyfiyyətlər şəxsin əl və barmaqlarının hərəkətlərində də ifadə olunur. Barmaqların sonuncu sinir aparatı baş beyinin ən kiçik impulslarına qədər həssasdır və onda baş verən təfəkkür proseslərinin bütün çalarlarını ifadə edir. Bütün bunlarda mərkəzi sinir sisteminin xüsusiyyətləri ilə əlaqədardır. Haqqında bəhs edəcəyimiz əlyazma prosesi də mərkəzi sinir sisteminin yerinə yetirdiyi proseslərdən olmaqla yanaşı, yalnız insana məxsus olan ən mürəkkəb məsələlərdən biridir.