date saat
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və “Naxçıvan” Universitetinin birgə təşkilatçılığı ilə “Ailə cəmiyyətin özəyidir” proqramı çərçivəsində növbəti maarifləndirici konfrans keçirilmişdir. “Naxçıvan” Universitetində təşkil edilən konfransda nazirliyin əməkdaşları, universitetin müəllim və tələbələri iştirak etmişlər.
Konfransda nazirliyin əməkdaşları Rəşad Allahverdiyevin “Nikaha xitam verilməsinin qanuni rejimi”, Həbibə Əliyevanın “Nikahın pozulmasının qeydə alınması qaydaları”, Reyhan Sadiqovanın “Nikahın etibarsız sayılması əsasları” mövzularında, universitetin müəllimləri Təranə Əliyevanın “Nikahın pozulmasının uşaqlara psixoloji təsiri” və Aytən Məmmədovanın “Nikahın pozulmasında cəmiyyət faktoru” mövzusunda çıxışları dinlənilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 25 iyun tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrası diqqətdə saxlanılır. Bu məqsədlə cari ilin oktyabr ayında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi ilə Naxçıvan Dövlət Universiteti arasında 2021-2022-ci tədris ili üçün birgə tədbirlər planı imzalanıb.
Tədbirlər planının icrası istiqamətində universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə tələbələri üçün “Dövlət və bələdiyyə orqanlarının qarşılıqlı fəaliyyətində səlahiyyət bölgüsü” mövzusunda seminar təşkil edilmişdir. Keçirilən seminarı giriş sözü ilə fakültənin dekanı Əşrəf Ələkbərov açaraq Sərəncamın əhəmiyyətindən danışmış, eləcə də hamiliyə verilən tələbələrlə keçirilən tədbirlərin onlar üzərində müsbət təsiri və əldə etdikləri təcrübə barədə geniş məlumat vermişdir. Qeyd etmişdir ki, bugünkü seminarın da əsas məqsədi tələbələrin dövlət və bələdiyyə idarəetməsi sahəsində bilik və bacarıqlarını daha da artırılmasına xidmət edir.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının və notariat hərəkətlərinin aparılmasında qanunvericiliyin tələblərinə əməl olunması istiqamətində inzibati ərazi dairəsi üzrə nümayəndələrin maarifləndirilməsi məqsədilə təşkil etdiyi seminarlar davam etdirilir. Qeydiyyat və notariat sahəsində əhaliyə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi, nöqsanlara yol verilməməsi və aparılan əməliyyatlar zamanı kargüzarlıq qaydaları ilə bağlı qanunvericiliyin tələblərinin gözlənilməsi məqsədilə inzibati ərazi dairələri üzrə nümayəndələrin iştirakı ilə növbəti seminar Şahbuz rayonunda keçirilmişdir.
Okyabrın 25-də Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakultəsində həyata keçirilən “Gənclərin qrafologiya məktəbi” layihəsi çərçivəsində nazirliyin Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşı tələbələr üçün təlim keçmişdir.
Nazirliyin Məhkəmə Ekspertizası Mərkəzinin Əlyazmaların, səslərin və sənədlərin texniki ekspertizası bölməsinin rəisi əvəzi I dərəcəli ədliyyə qulluqçusu Emin Əliyev təlimdə yazı və xəttin yaranması, yazı prosesi, qrafologiyanın yaranması və inkişafı, xətşünaslığın və qrafologiyanın müxtəlif elmlərlə əlaqəsi barədə tələbələrə geniş məlumat vermişdir. Bildirib ki, qrafologiya-şəxs və xətt ilə bağlı elm sahəsidir. Qrafologiyanın yaranması qədim dövrlərə gedib çıxsa da termin kimi XIX əsrin əvvəllərində J.İ.Mişonun əsərində işlədilmişdir. Bəşəriyyətin inkişafı tarixində yüzlərcə kəşflər edilmişdir. Hər bir kəşf öz vəzifə və məqsədinə görə cəmiyyətin tərəqqisində xüsusi rol oynamışdır ki, bunlardan da ən böyüyü yazıdır.