date saat

AZƏRBAYCAN DİLİNDƏ İCRA OLUNMUŞ ƏLYAZMA MƏTNLƏRİN İCRAÇISININ PSİXOFİZİOLOJİ KEYFİYYƏTLƏRİNİN KRİMİNALİSTİK MÜƏYYƏN OLUNMASINDA DURĞU VƏ RƏMZİ İŞARƏLƏRİN ƏHƏMİYYƏTİ

Açar sözlər: kriminalistik tədqiqat, psixofizioloji, durğu işarələri, rəmzi işarələr, əlyazma mətn. 

Müəllif məqalədə əlyazma mətnlərdə icra olunan durğu işarələrinin və həmin mətnlərin icra olunduğu vərəqələrin müvafiq boş yerlərində tez-tez rast gəlinən rəmzi işarələrin, xüsusi qeydlərin icra olunma xüsusiyyətlərindən, fərdiliyindən və bu işarələrin əlyazma mətnlərin icraçısının psixofizioloji keyfiyyətlərinin müəyyən olunmasının əhəmiyyətindən bəhs etmişdir. O, burada haqlı olaraq bu işarələrin digər xətt əlamətləri ilə birgə qiymətləndirilməsi problemlərinə də diqqət yetirmişdir. 

Həmçinin məqalədə dünya təcrübəsində durğu və rəmzi işarələrlə bağlı aparılmış tədqiqatlar, keçirilmiş eksperimentlər öyrənilməklə yanaşı, nümunələr də göstərilmişdir.

Hər bir insanın ümumi xarici görünüşündə mimikasında, jestində, yerişində, bədən hərəkətlərində, səsində, danışığında və ona xas olan digər hərəkətlərdəpsixofizioloji və digər şəxsi-fərdikeyfiyyətləri ifadə olunur. Şəxsin duruşu və yerişi, onda daimi olan fərdi cizgiləri, hərəkətsizliklə və hərəkətdəki xüsusi heykəlləşmə, addımlamağın məlum tempi, addımın ölçüsü, yerişdə bədənin xüsusi yırğalanması və s. xarici görünüşü vasitəsi ilə kim olduğunu əks etdirir. Bütün bunlar şəxsiyyətin özündə xüsusi fərdi xarakteri əks etdirir. Biz uzaqdan gələn şəxsi və ya tanıdığımız insanıyerişindən tanıya bilirik. Yaxud onun həmin şəxs olmadığını iddia edirik və deyirik: “Bu o, şəxs deyil. Cünki onun yerişi belə deyil”Burada tanımağımızın düzgünlüyünə inanırıq vənəticədə səhv etmirik. Eləcə də bu və ya buna bənzər xüsusiyyətlər əlyazmada da baş verir.Ona görə ki, əlyazmada da icraçının özünəməxsusüstünlüyün məsələn, onun şəxsiyyətini, xarakterini aşkar edən əsas əlamətlər, cizgilər və rəmzi işarələr əks olunur. Fərq yalnız onda olur ki, bizim eşitdiyimiz sözlər, səs tonu və intonasiya, gördüyümüz bədən hərəkətləri və s. bizim üçün ancaq ani təəssürat, müvəqqəti görüntü təşkil edir.Lakin əlyazma mətnlərdə isə əlamətlər dəyişmədən yazı ləvazimatı üzərində gözümüzün önündə qalır.Qeyd olunan bu keyfiyyətlər şəxsin əl və barmaqlarının hərəkətlərində də ifadə olunur. Barmaqların sonuncu sinir aparatı baş beyinin ən kiçik impulslarına qədər həssasdır və onda baş verən təfəkkür proseslərinin bütün çalarlarını ifadə edir. Bütün bunlarda mərkəzi sinir sisteminin xüsusiyyətləri ilə əlaqədardır. Haqqında bəhs edəcəyimiz əlyazma prosesi də mərkəzi sinir sisteminin yerinə yetirdiyi proseslərdən olmaqla yanaşı, yalnız insana məxsus olan ən mürəkkəb məsələlərdən biridir.

Bundan əvvəlki araşdırmalardan da məlumdur ki xəttin əlamətləri ilə xətti icra edənin psixofizioloji keyfiyyətləri arasındakı əlaqənin fizioloji izahını X.Pfanne vermişdir. O, hesab edirdi ki, hər bir şəxsin beynində yazı mərkəzi ilə birlikdə insanın psixoloji həyatı üçün çox vacib olan mərkəzlər də oyanır.

Ümumiyyətlə,hər bir insanın ifadə etdiyi sözlər vəbu sözlərin şərti işarələrlə, yəni hərflər vasitəsi ilə yazı ləvazimatı üzərində təsvir edilməsimahiyyətcə fikirlərimizin ifadə edilməsinin qeyri-təbii şərti işarələridir. Bu mücərrəd fiqurlar insanın ruhundan və cismindən ayrıldıqda onların heç bir canlılığı qalmır.Lakin danışarkən və ya yazı yazarkən qeyri-ixtiyari olaraq onlara ruhumuzu, fikir və düçüncələrimizi qatırıq.Alman şairi İ.V.Höte yazırdı: “Xətt insanın bütün varlığı ilə, həyatı ilə, iş şəraiti ilə, onun sinir sistemi ilə bağlıdır. Ona görə də bizim yazı tərzimiz təmasda olduğumuz hər şey kimi, şübhəsiz, özündə maddi fərdiyyət möhürü daşıyır”.

İnsanın həyatında baş verən dəyişikliklər xarakterində də dərin iz buraxır ki, bütün bu dəyişilmələr həmin şəxsin xəttində də özünü biruzə verir. Bu dəyişikliklər müəyyən dərəcədə hər bir şəxsin həyatında illər keçdikcə, qocalmaqla və ya orqanizmada baş verən digər proseslərlə bağlı olaraq baş verir.Eksperiment üçün bu dəyişiklikləri həmin şəxsin müxtəlif yaşlarındakı xəttini tədqiq edərək izləmək olar.

Əlyazma mətnlərə görə icraçının psixofizioloji keyfiyyətlərini müəyyən etmək üçün xətt əlamətlərinin məcmusunu təşkil edən əlamətləri seçmək lazımdır. Lakin məqalədə xətt əlamətləri ilə yanaşı diqqət edəcəyimiz əsas məsələdurğu işarələri və icraçının mətn boyu istifadə etdiyi rəmzi və ya simvolik işarələrdir.Qeyd etmək lazımdır ki, rəmzi işarələr çox vaxt açıq-aşkar və ya ümumiyyətlə icra edilməyə bilir. Məqalədə tədqiqat zamanıəlyazma mətndə istifadə olunan durğu və rəmzi işarələrinnecə aşkar edilməsi ilə bərabər, həm də aşkar olunmuş bu əlamətlərin sayəsində icraçının hansı psixofizioloji və şəxsi-fərdikeyfiyyətlərinin müəyyən olunmasına çalışacağıq. Vurğulamaq lazımdır ki, durğu və rəmzi işarələrin tədqiqatı zamanı müəyyən olunmuş əlamətlər digər xətt əlamətləri ilə birgə qiymətləndirilir.

İcra olunmuş əlyazma mətndədurğu işarələrinin yerləşdirilməsi şaquli və üfüqiistiqamətdə dəyişilə bilir.Əlamətlərin tədqiqatı zamanı durğu işarələrinin sətir xəttinə və durğu işarəsindən öncəki hərfə nisbətdə müqayisə olunur. Bütün bunlara baxmayaraq çox vaxt üfüqi istiqamət üstünlük təşkil edir. Əgər işarə axırıncı hərfdən çox aralıdaicra olunubsa onda onun sətirə nisbətdə yerləşməsinin əhəmiyyəti yoxdur. Amma üfüqi xətt üzrə orta məsafədə icra olunduqda onun şaquli xətt üzrə yerləşməsi əhəmiyyətli olur. 

Əlamətlərin qiymətləndirilməsi mərhələsində isə bütün əlamətlər, hətta durğu işarələri olan nöqtə, vergül, sual, nida və s. işarələr təhlil edilərək bu və ya digər psixofizioloji keyfiyyətin qiymətinə aid edilir.Aşağıda bir neçə durğu və rəmzi işarələrin hansı psixofizioloji və şəxsi-fərdi keyfiyyətləri xarakterizə etdiyinə nəzər yetirək: 

- əlyazma mətndə mövcud olan çoxlu qaralamalar və haşiyələnmələr- aqressivliyi, konfliktliliyi,daxili narahatlığı və s.ifadə edir; 

- üzərində mətnicra olunmuş vərəqənin boş kənarlarında simvolik və qeyri-adi işarələrin, xüsusi qeydlərin icra olunması - narahat əhvali-ruhiyyəni, aqressivliyi, konfliktliliyi və s. əks etdirir;

-kiçik qaralamalar və altdan cızıqlamalar - itaətkar, riyakar, labilliyi, psixoloji problemi və s.xarakterizə edir; 

- vərəqənin müxtəlif yerlərində icra olunmuş bucaqvqari işarələrin üstünlük təşkil etməsi - hücuma meyilli, aqressivliyə və konfliktə meyilliliyi ifadə edir; 

- durğu işarələrində səliqə və sətirüstülük - dəqiq olmaq istəyini, pedantlığı və s. xarakterizə edir; 

- durğu işarələrinin gah sağa, gah da sola səpələnməsi - labilliyə və konfliktə meyilliliyi, səliqəsizliyi, nizamsızlığı, daxili psixoloji narahatçılığı və s. ifadə edir; 

-“?” işarəsinin lazımi yerlərdə icra olunmaması - qorxaqlığı, tənbəlliyi, səliqəsizliyi və s. ifadə edir; 

- “?” işarəsindən tez-tez istifadə edilməsi - aqressivliyi, konfliktliliyi, hösələsizliyi, səbirsizliyi və s. ifadə edir;

- “?” işarəsindən yerli-yersiz istifadə edilməsi - labilliyi, aqressivliyi, konfliktə meyilliliyi və s. xarakterizə edir; 

- böyük ölçülü “?” işarəsi - enerjili, pozitiv aqressiv, diqqətdə olmaq həvəsi və s. kimi xüsusiyyətləri əks etdirir; 

- müxtəlif ölçülü “!” işarəsi - labilliyi, konfliktə meyilliliyi və s. bildirir;

- böyük ölçülü “!” işarəsi -ehtiyatlılığı, tədbirliliyi, aqressivliyi və sxarakterizə edir; 

- çox əyilmiş və tez-tez icra olunan “!” işarəsi - həssaslığı, təsirlənməni, pozitiv aqressivliyi və s. əks etdirir;

- nöqtə işarəsinin sözün sonuncu hərfinə bitişik icra olunması -narahat əhvali-ruhiyyəni, konfliktliyi, qərarsızlığı və s. ifadə edir;

Əlyazma mətn boyunca durğu və rəmzi işarələrin yazı qaydalarına uyğun icra edilib-edilməməsini cox vaxt icraçı özü də bilmir. Tədqiqat zamanı isə bu əlamətlər aşkar edilərək əhəmiyyətli fərdi əlamət kimi digər xətt əlamətləri ilə birgə qiymətləndirilir. 

Durğu işarələrində basma qüvvəsinə diqqət edilməsi əhəmiyyətli məsələlərdəndir. Belə ki, basma qüvvəsi mətn boyu fərqləndiyi halda maraq kəsb edir. Çünki müntəzəm olaraq işarələr ancaq bir tərəfli fərqlənməlidir. Əks təqdirdə müşahidələr xətdə basma qüvvəsinin ümumi müntəzəmliyinə aid edilə bilər.

Əlamətin qiymətləndirilməsi mərhələsində isə mətndə bütün durğu işarələri, o cümlədən rəmzi işarələr də təhlil edilir. Burada əgər basma qüvvəsinin fərqlənən əlamətlərinin sayı kifayət qədər böyükdürsə, müvafiq qiymət qəbul edirlər. Əldə edilmiş əlamətlər isə ifadə etdiyi psixofizioloji keyfiyyətləri xarakterizə edir. Əlamətlərin xarakteristikaları isə aşağıda 1 №-li cədvəldə göstərilmişdir.

 

Əlamətlərin Xarakteristikaları

Cədvəl №-1

Xarakteristika

Qiyməti

İzahlar

 

Səviyyə

 

Makroəlamət

Xətdə olan basma qüvvəsi bütövlükdə makroəlamətlərə aid edilir. Həmçinin durğu işarələrinin yerləşdirilməsi, faktiki olaraq, topoqrafik əlamətlərə aid edilir.

Müntəzəmlik

Fakultativ

Nöqtə və vergüllərdə olan basma qüvvəsi bütün mətndən fərqlənməlidir

Struktur

Asılılıq

Qiymət ümumi basma qüvvəsindən asılıdır

Ölçülmə

Təyin edilən

Astana modeli

 

İfadəlilik

 

Dixotomik

İki əks qiyməti daxil etməklə, yanaşı həm də əlamətə bir-birini inkar edən dörd qiymət daxildir.

 

Additivlik

 

Yoxdur

Basma qüvvəsi orta olan hallar istisna edilir.Hər bir nöqtəni və vergülü əldə edilmiş qiymətlərdən birinə aid etmək olar.

Əlamətin bazası

Nöqtə və vergül

Durğu işarələrinin tərkibinə daxildir 

 

Əlamətlərin basma qüvvəsinin ölçülməsi aşağıdakı kimidir:

- nöqtələrdəvə vergüllərdə basma qüvvsəi mətnin əsasından güclüdür; 

- nöqtələrdəvə vergüllərdə basma qüvvəsi mətnin əsas hissəsindən zəifdir.

Məqalənin mövzusu Azərbaycan dilində icra olunmuş əlyazma mətnlərin icraçısının psixofizioloji keyfiyyətlərinin müəyyən olunmasının kriminalistik tədqiqatında durğu işarələrinin və rəmzi işarələrinin əhəmiyyəti olsa da burada sözlərin sətirdən-sətrə keçilməsində tire işarələrinin icra olunma fərdiliyinə də diqqət yetirilməlidir. Buna görə də əlyazma mətndə sətirlərin necə bitməsinə xüsusi diqqət edilməlidir. Həmçinindiqqətyetirməli əsas məsələdən biri dəicraçının mətndə sözlərin sətirdən-sətrə keçilməsində keçid işarəsindən, yəni“-” tire işarəsindən istifadə edib, etməməsi. Əgər istifadə edirsə onun icra olunma formasına, istiqamətinə, quruluşuna, basma qüvvəsinə,şaquli və üfüqi istiqamətdə nisbi yerləşməsinə və sair xüsusiyyətlərinə görə tədqiqat aparılmalıdır.Əlamətlərin qiymətləndirilməsində isə keçid işarəsinin bütün xüsusiyyətləri təhlil edilirərək hər hansı bir psixofizioloji və digər şəxsi-fərdi keyfiyyətlərə aid edilir. Daha sonra əlamətlərin rastgəlmə tezliyi hesablnaraq mətndə tire işarələrinin ümumi sayına bölünür. Tire işarəsinin əlamət xarakteristikaları 2 №-li cədvəldə göstərilmişdir.

 

Əlamətin xarakteristikaları

Cədvəl №-2 

Xarakteristika

Qiyməti

İzahlar

 

Səviyyə

 

Mikroəlamət

Xüsusi işarələrdən birinin formasına baxılır

Keçid işarəsinin yerləşdirilməsi topoqrafik əlamətlərə aid edilir

Müntəzəmlik

Fakultativ

Mətndə keçid işarəsi olmalıdır

Struktur

Baza

Keçid işarəsinin forması bilavasitə qiymətləndirilir.

Ölçülmə

Qiymətləndirilən

Tezlik modeli

İfadəlilik

Polixotomik

Əlamət 5 məna daxil edir

Additivlik

Additiv

Hər bir keçid işarəsini bir qiymətə aid edirlər

Əlamətin bazası

Keçid (tire) işarəsi

 

Əlamətin çəkisi

0.1

 

Keçidişarəsiolantireişarəsininfərdiliyinə və rastgəlmə tezliyinə görə aşağıdakı bir sıra əlamətlərin xüsusiyyətlərinə diqqət yetirilməlidir:

- tire işarəsi üfüqidir; 

- tire işarəsinin icra olunma forması düzxətli,istiqaməti yuxarıyadır; 

- tire işarəsinin icra olunma forması düzxətli istiqaməti aşağıyadır; 

- tire işarəsi çökükdür;

- tire işarəsi qabarıqdır;

- tire işarəsi dalğavaridir;

- tire işarəsi bucaqvaridir; 

- tire işarəsi bərabər işarəsi kimi icra olunub;

- tire işarəsi nöqtə şəklində icra olunub; 

- tire işarəsi ziq-zaq şəklində icra olunub.

Qeyd etmək lazımdir ki, keçid işarəsinin tədqiqatının aparılmasında sətrin ortasına, yəni hərflərin orta zonasına nisbətdə baxılmalıdir. Tədqiqat zamanı keçid işarələri ümumilikdə qiymətləndirilərək vəhdət təşkil edən digər əlamətlərə görə hansı psixofizioloji  keyfiyyətləri ifadə etdiyi müəyyənləşdirilir. Həmçinin keçid işarəsinin rastgəlmə tezliyi hesablanaraq mətndəki keçid işarələrinin ümumi sayina bölünür. 

Əlyazma mətnlərdə rəmzi işarələrin də ara-sıra icra olunduğuna rast gəlirik. Bilirik ki, bu işarələrin hərf əlamətləri kimi standart yazı qaydası yoxdur. Ona görə də bu işarələr icraçıdan icraçıya dəyişir. Belə işarələrdən rastgəlmə tezliyi daha çox olanları aşağıdakılardır: 

- quşabənzər əlavə rəmzi işarə icra olunub (bu işarənin üstündə cümləyə əlavə olunan yazı yerləşdirilir ); 

- mətnin bəzi hissəsi haşiyələnib (burada əlavə etmək istədikləri mətn haşiyələnir və ox işarəsi ilə mətnin hansı hissəsinə yerləşdirilməsi göstərilir. Bəzən ox işarəsi cızıq ilə də əvəz edilir); 

- mətndə hər hansı bir şərti işarə icra olunur (burada simvolik işarə kənara çıxarılaraq yanında əlavə olunacaq mətn yerləşdirilir);

- mətnin sağ, sol, yuxarı və aşağı kənarlarında qələmin necə yazdığını öyrənən sınaq xarakterli xətlər və qələmin ucunda olan mürəkkəbin silinməsini göstərən ləkələr; 

- mətndə hansısa söz haşiyələnib və ya altından xətt cəkilib(həmin sözün sırasında isə diqqəti cəlb etmək üçün xüsusi rəmzi işarə icra olunub).

Əlyazma mətnlərdə səhifələrin nömrələnməsi də rəmzi işarələr sırasına aid edilir.Bilirik ki, mətn bir neçə səhifə təşkil edirsə səhifələr çox vaxt nömrələnir. Məlum məsələdir ki, kompyuter texnologiyalarının inkişaf etdiyi bir dövrdə bir neçə səhifəlik əlyazma mətn nadir hallarda icra olunur. Ona görəbelə əlamətlərə o qədər də çox rast gəlinmir. Lakin nömrələrin səhifənin hansı hissəsində icra olunması önəm daşıyır. Əlamətlərin qiymətləndirilməsi mərhələsində isə səhifələrdə nömrələrin hansı hissədə yerləşməsinə görə icraçının bir sıra xarakter və xüsusiyyətlərini müəyyən etmək olur. Məsələn:

- səhifənin nömrəsi vərəqənin sol yuxarı hissəsində icra olunub; 

- səhifənin nömrəsi vərəqənin sağ yuxarı hissəsində icra olunub; 

- səhifənin nömrəsi vərəqənin yuxarı orta hissəsində icra olunub;

- səhifənin nömrəsi vərəqənin sol aşağı hissəsində icra olunub; 

- səhifənin nömrəsi vərəqənin sağ aşağı hissəsində icra olunub; 

- səhifənin nömrəsi vərəqənin aşağı orta hissəsində icra olunub.

Təbii ki, bu əlamətlərin altqrupları da vardır. Bütün bu əlamətlər digər xətt əlamətləri ilə (ümumi, topoqrafik və xüsusi) birgə qiymətləndirilərək ümumi nəticəyə gəlinir. Qeyd etmək lazımdır ki, əlyazma mətnə görə icraçının psixofizioloji keyfiyyətlərini müəyyən olunmasının kriminalistik tədqiqatı son dərəcə zəhmət, diqqət və təcrübə tələb edən məsələdir. Burada əsas rolu mərkəzi sinir sisteminin tipoloji xassələrinin xüsusi əlaqələdirilməsi oynayır. Digər tərəfdən isə müəyyən edilmişdir ki, temperamentin xassələri mərkəzi sinir sisteminin ayrı-ayrı xassələrinin asılılığından, həmçinin sinir sisteminin emosional dayanıqlığın göstəricilərinin determinasiyasında əhəmiyyətli rol oynayır.

    

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin böyük eksperti Emin Əliyevin

Polis Akademiyasının "Elmi hüquq" jurnalında dərc edilmiş elmi məqaləsi