date saat
Aprelin 27-də Ədliyyə Nazirliyinin əməkdaşları Babək rayonunun Nehrəm Kənd Mərkəzində rayon üzrə icra və probasiya şöbəsinin icraatında olan icra işləri üzrə borclu şəxslərlə görüşüb.
Tədbirdə nazirliyin İstintaq bölməsinin rəisi, ədliyyə müşaviri Zamin Nəbiyev və İcra və probasiya şöbəsinin aparıcı məsləhətçisi, II dərəcəli ədliyyə qulluqçusu Sahil Həsənov çıxış ediblər.
Xəbər verildiyi kimi, Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov Honq-Konqda Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) tədbirlərində iştirak edib, bir sıra rəsmilərlə görüşlər keçirib.
Çinin Honq-Konq xüsusi inzibati regionunun başçısı IAACA-nın rəhbər şəxsləri ilə görüşüb. Ölkəmizin ədliyyə nazirinin iştirak etdiyi görüşdə Honq-Konqun rəhbəri Con Li korrupsiya qarşı qlobal mübarizədə əməkdaşlığın əhəmiyyətini vurğulayaraq bu sahədə Assosiasiyanın rolunu yüksək qiymətləndirib, təşkilatın fəaliyyətinə dəstəyini ifadə edib.
Aprelin 27-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin hüquqşünaslıq ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin nazirlikdə və tabe qurumlarında keçdikləri istehsalat təcrübəsinin yekunlaşması ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə nazirliyin Təşkilat-nəzarət şöbəsinin rəisi, baş ədliyyə müşaviri Səttar Zamanov çıxış edərək bildirilib ki, nazirliyin və Naxçıvan Dövlət Universitetinin birgə təsdiq etdiyi tədbirlər planına uyğun olaraq fevral ayından başlayaraq hüquqşünaslıq ixtisası üzrə IV kurs tələbələrinin nazirlikdə və tabe qurumlarda istehsalat təcrübəsi keçmələri təmin edilib. Səttar Zamanov tələbələrin ədliyyə sahəsində nəzəri və praktik biliklərinin artırılmasında təcrübə kurslarının əhəmiyyətli olduğunu vurğulayıb, gələcəkdə onların öz peşə seçimində ədliyyə sisteminə maraq göstərəcəklərinə ümidvar olduğunu bildirib.
Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə 26 aprel 2023-cü ildə Naxçıvan Dövlət Texniki Kollecində “Gənc ailələrin sağlam olması gələcək nəsillərin sağlam olması deməkdir” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Dövlət Texniki Kollecin direktoru, Aqrar elmlər üzrə fəlsəfə doktoru Asəf Ruşanov açaraq qonaqları salamlayıb, tədbirin mövzusu və mahiyyəti haqqında məlumat verib.