date saat
4-5 may 2023-cü il tarixlərində Azərbaycan dövlətçiliyinin tarixində əvəzsiz xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümünün ədliyyə orqanlarında qeyd olunması münasibəti ilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə mini futbol turniri təşkil edilmişdir. Yarışın keçirilməsində əsas məqsəd Ümummilli Liderin əziz xatirəsini yad etmək, eyni zamanda idmanın inkişafına dəstək göstərmək və sağlam həyat tərzi aşılamaqdan ibarət olmuşdur.
Prezident İlham Əliyevin diqqəti və tapşırığı ilə ölkəmizdə davamlı sosial layihələr icra olunur. Əlamətdar günlərdə və bayramlarda mütəmadi olaraq aztəminatlı ailələrə sovqatların çatdırılması da belə sosial layihələrin mühüm tərkib hissəsidir.
Prezident İlham Əliyevin diqqəti və tapşırığı ilə ölkəmizdə davamlı sosial layihələr icra olunur. Əlamətdar günlərdə və bayramlarda mütəmadi olaraq aztəminatlı ailələrə sovqatların çatdırılması da belə sosial layihələrin mühüm tərkib hissəsidir.
Tədbirlərin davamı olaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə digər bölgələrlə yanaşı, Naxçıvanda da aztəminatlı ailələrə sovqatlar təqdim olunub.
Mayın 4-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində yerləşən “Fairmont Baku” hotelində “Heydər Əliyev və məhkəmə-hüquq islahatları: tarix, zaman və nailiyyətlər” mövzusunda geniş konfrans keçirilib. Konfransda Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri Daşqın Rəhimov iştirak edib.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Əlyazmalar, səslərin və sənədlərin texniki ekspertizası bölməsinin rəisi, kiçik ədliyyə müşaviri Emin Əliyevin “Mikroobyektlərin maddi sübut qismində istifadə edilməsinin prosessual qaydası” adlı həmmüəlliflli elmi məqaləsi Azərbaycan Respublikası Polis Akademiyasının “Polis Akademiyasının Elmi Xəbərləri jurnalında” dərc olunub.
Məqalədə cinayətlərin açılmasında xüsusi və mühüm axtarış obyektlərindən biri olan mikroelementlərin ümumi anlayışı, onların müxtəlif növlərinin aşkar və qeyd olunması, prosessual təsbiti, sübutetmədə əhəmiyyəti barədə ətraflı məlumat verilib. Mikroobyektlərin Azərbaycan Respublikasının qanunvericiliyindən istifadə olunması hallarına toxunulub və müxtəlif rus və avropa ədəbiyyatlarına istinadən dünya təcrübəsində bu sahədə aparılan tədqiqatlar araşdırılıb, misallar göstərilib.