date saat
Prezident İlham Əliyev tərəfindən bu il ölkəmizdə “Heydər Əliyev İli” elan olunub. Müasir müstəqil dövlətimizin banisi, Ümummilli Liderin 100 illik yubileyi ədliyyə orqanlarında geniş qeyd edilir.
Bu münasibətlə mayın 4-də Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə “Fairmont Baku” hotelində “Heydər Əliyev və məhkəmə-hüquq islahatları: tarix, zaman və nailiyyətlər” mövzusunda geniş konfrans keçirilib.
Mayın 4-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar cəza çəkən məhkumlar üçün konsert təşkil edilib.
Əvvəlcə Azərbaycan xalqının unudulmaz rəhbəri Heydər Əliyevin insan və vətəndaş hüquq və azadlıqları, eyni zamanda cəza-icra siyasəti barədə xidmətin əməkdaşları tərəfindən ətraflı məlumat verilib. Sonra Naxçıvan Muxtar Respublikaının Daxili İşlər Nazirliyi ilə birgə təşkil edilmiş səyyari xidmət zamanı sənədlərinin qeydiyyatı götürülən 45 məhkuma yeni nəsil şəxsiyyət vəsiqəsi təqdim edilib.
Tədbir Naxçıvan Musiqi Kollecinin 15 nəfərdən ibarət musiqi kollektivinin konsert proqramı ilə davam edib. Məhkumların asudə vaxtlarının səmərəli təşkili, onların əhval-ruhiyyəsinin yaxşılaşdırılması məqsədilə təşkil edilən tədbir onlarda xoş təəssürat yaradıb. Məhkumlardan Heydər Əliyevə həsr olunan şeirlər dinlənilib.
Mayın 4-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində Ümummili lider Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunması ilə əlaqədar təsdiq olunan tədbirlər planı çərçivəsində ulu öndərin mənalı həyat yolu və müstəsna xidmətlərinə həsr edilmiş kitabların müəllifləri ilə görüş təşkil edilib.