date saat
Mayın 1-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Əlyazmalar, səslərin və sənədlərin texniki ekspertizası bölməsinin rəisi, kiçik ədliyyə müşaviri Emin Əliyev Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Hüquq fakültəsinin Hüquqşünaslıq ixtisası üzrə təhsil alan III kurs tələbələrinə “Yazının Kriminalistik tədqiqi” mövzusunda praktik dərs keçmişdir.
Praktik dərsin keçirilməsində məqsəd tələbələrin kriminalistik xətşünaslıq tədqiqatı sahəsində biliklərinin praktiki cəhətdən təkmilləşdirilməsi və onlarda kriminalistika sahəsinə marağın artırılması, eyni zamanda gələcəkdə xidməti fəaliyyətləri zamanı təyin olunan ekspertizaların təşkilinin prosessual qaydaları ilə yaxından tanış olmalarından ibarətdir.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən yerli icra və probasiya qurumlarında vakant icra məmuru vəzifələrinin tutulması üçün 04 mart 2023 –cü il tarixdə elan edilmiş vakansiyaya sənəd qəbulu 01 iyun 2023-cü il tarixədək uzadılıb.
Müsabiqədə ali hüquq təhsili olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər. Namizədlər Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzinin internet portalında (www.dim.nmr.az) “şəxsi kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçə bilərlər.
“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ikili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, tibbi rəyə əsasən fiziki və ya əqli qüsurlarına görə işləməyə qadir olmayan, qanunla müəyyən edilmiş həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırışyaşlı vətəndaşlar, məhkəmə, prokurorluq, ədliyyə, digər hüquqmühafizə və ya başqa dövlət orqanlarında əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə bu orqanlardan xaric edilmiş şəxslər işə qəbul edilmirlər.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşları tərəfindən təsdiq edilən tədbirlər planının icrasına müvafiq olaraq “Açıq qapı” günlərinin keçirilməsi davam etdirilir.
Növbəti qəbul aprel ayının 29-da Sədərək Rayon Məhkəməsinin inzibati binasında baş tutub. Əsasən aliment, pul tələbi, qeydiyyat və notariat əməliyyatları ilə bağlı müraciət edən vətəndaşlar fərdi qaydada qəbul edilərək dinlənilib və müvafiq qaydada qeydə alınaraq rəsmiləşdirilib. Qəbula gələn vətəndaşlara qanunamüvafiq məsləhətlər verilib və həlli mümkün olan məsələlərə dəstək göstərilib. Ədliyyə fəaliyyətinə uyğun araşdırma tələb edən müraciətlər isə həll edilməsi ilə bağlı nəzarətə götürülüb.