date saat
Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyev qeyri-adi zəka sahibi və təşkilatçılıq bacarığına malik bir şəxsiyyət idi. Dövlət başçısının 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yübileyinin qeyd edilməsi ilə əlaqədar 2023-cü il “Heydər Əliyev İli” elan edilib. 2023-cü il ölkəmizin tarixinə “Heydər Əliyev İli” kimi daxil olacaq. Ömrünü bütünlüklə Azərbaycan dövlətinin qorunmasına, möhkəmləndirilməsinə və inkişafına həsr etmiş dahi şəxsiyyət Heydər Əliyevin görkəmli siyasi və dövlət xadimi kimi Vətən və xalq naminə müstəsna xidmətləri milli dövlətçilik tariximizə qızıl hərflərlə əbədi həkk edilib.
Mayın 12-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşları tərəfindən Naxçıvan şəhərində “Açıq qapı” günü keçiriləcək.
Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında baş tutacaq “Açıq qapı” günündə nazirliyin fəaliyyət istiqamətlərinə uyğun hüquqi yardım göstəriləcəkdir.
Mayın 2-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Şahbuz şəhər mərkəzində tədbir keçirib. Şahbuz rayonu üzrə bələdiyyə sədrləri və qulluqçularının, eləcə də rayon sakinlərinin iştirakı ilə baş tutan tədbir “Ekoloji mühitin qorunmasında bələdiyyələrin və vətəndaşların iştirakı” mövzusuna həsr edilib.
Şahbuz Rayon İcra Hakimiyyəti başçısı aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Söhrab Kərimov tədbiri giriş sözü ilə açaraq rayon ərazisində ekoloji mühitin qorunması istiqamətində görülən işlər barədə məlumat verib.
Azərbaycanın müstəqilliyinin əbədiliyini, dövlətin sarsılmazlığını, demokratik yüksəlişini təmin edən Ümummilli Liderimiz Heydər Әliyev ölkəmizə rəhbərlik etdiyi illərdə məhkəməhüquq sisteminə mühüm önəm verib, bu sahənin inkişafına xüsusi qayğı ilə yanaşıb. Dahi öndərin respublikamıza rəhbərliyinin bütün dövrlərində ədliyyə fəaliyyəti ilə bağlı qanunların qəbulu və bu orqanın təşkilati cəhətdən formalaşdırılması diqqət mərkəzində saxlanılıb.