date saat
Next PauseResume Prev |
Aprelin 14-də Culfa rayon Əbrəqunus Kənd Mərkəzində Culfa rayon sakinlərinin iştirakı ilə “Ailə mübahisələrinin hüquqi tənzimlənməsi” mövzusuna həsr olunan maarifləndirici tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Culfa Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elçin Məmmədəliyev iştirakçılara mövzunun mahiyyəti və əhəmiyyəti barədə məlumat verib.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə “Heydər Əliyev Azərbaycanda yerli özünüidarəetmənin banisidir” mövzusunda konfrans keçirilib. Konfransda Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Vilayət Zahirov və nazirliyin məsul işçiləri, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev və deputatlar, Azərbaycan bələdiyyələrinin milli assosiasiyaları, bələdiyyə sədrləri, ali təhsil müəssisələrinin professor-müəllim və tələbə heyəti, Mediasiya Şurasının təmsilçiləri, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvləri və digər vətəndaş cəmiyyəti institutları, media nümayəndələri, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi Xəyal Eyvazov və Naxçıvan Şəhər Bələdiyyələri Assosasiyasının sədri Nuraləm İbrahimov iştirak ediblər.