date saat
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin 100 illik yubileyinin ədliyyə orqanlarında qeyd edilməsi ilə bağlı təsdiq etdiyi tədbirlər planına müvafiq olaraq silsilə tədbirlər davam etdirilir.
Tədbirlər Planına əsasən aprelin 19-da ədliyyə işçiləri arasında şahmat turniri təşkli edilib. Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan turnir nazirliyin Penitensiar Xidmətində keçirilib. Turnirdə nazirliyin aparatının, Məhkəmə Ekspertiza Mərkəzinin, Penitensiar Xidmətin və tabe qurumlarının əməkdaşları iştirak edib. Ümumilikdə 20 nəfər ədliyyə işçisinin mübarizə apardığı oyun İsveçrə modeli əsasında həyata keçirilib. Yarışın sonunda qaliblər müəyyən olunub.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində cəza-icra siyasətinin təşkili və etibarlı qorunması təmin edilir, cəza çəkən şəxslərə hüquqi yardımların göstərilməsi diqqətdə saxlanılır.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ölkə Prezidenti İlham Əliyev tərəfindən elan olunmuş 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində aprelin 18-də Ədliyyə Nazirliyində Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanası ilə birgə Ulu Öndərin tükənməz irsini əks etdirən kitab sərgisi keçirilib.
Nazirliyin rəhbərliyinin və çoxsaylı kollektivinin, o cümlədən gənc ədliyyə işçilərinin, habelə Bakı Dövlət Universiteti Hüquq fakültəsinin tələbələrinin iştirak etdiyi sərgidə ümummilli lider Heydər Əliyevin mənalı ömür yolu və titanik fəaliyyətindən, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən, respublikamızın hərtərəfli inkişafına hesablanmış müdrik və uzaqgörən siyasətindən bəhs edən 400-dən çox kitab və müxtəlif adda miniatür vəsaitlər nümayiş etdirilib.