date saat
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə İqtisadiyyat və idarəetmə fakültəsində Ulu Öndər Heydər Əliyevin dövlət idarəçilik konsepsiyasına həsr olunan tədbir keçirilib. Tədbirdə Ədliyyə Nazirliyinin əməkdaşları, universitetin pedaqoji heyəti və tələbələri iştirak edib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğurunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Dövlət Universitetinin dekanı Əşrəf Ələkbərov tədbiri giriş sözü ilə açaraq 2023-cü ilin Heydər Əliyev ili elan olunması ilə əlaqədar keçirilən tədbirlərin müstəsna əhəmiyyətindən bəhs edib, ulu öndərin Azərbaycan təhsilinə verdiyi töhfələrdən danışıb.
Mayın 13-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində yerli qurumların əməkdaşlarının iştirakı ilə Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunması ilə əlaqədar təsdiq olunan tədbirlər planı çərçivəsində ulu öndərin unudulmaz xatirəsinə həsr olunan tədbir keçirilib.
May ayının 12-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşları "Açıq Qapı" günləri çərçivəsində növbəti qəbulu Naxçıvan şəhərində təşkil ediblər.
Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında baş tutan görüş zamanı qəbula gələn vətəndaşların müraciətləri dinlənilib və onlara ədliyyə orqanlarının fəaliyyət istiqamətlərinə uyğun məlumatlar verilib. Daha çox aliment, pul tələbi, qeydiyyat, notariat əməliyyatları ilə bağlı müraciətlər qeydə alınıb və qanunvericiliyə uyğun rəsmiləşdirilib. Vətəndaşlara qanunvericilik çərçivəsində hüquqi yardım göstərilib, yerində həll edilməsi mümkün olan məsələlər həll edilib və araşdırma tələb edən müraciətlər qeydə alınaraq nəzarətə götürülüb. Nazirliyin səlahiyyətinə daxil olmayan məsələlərlə əlaqədar müraciətlər üçünsə aidiyyəti üzrə müraciət edilməsi istiqamətində tövsiyələr verilib.