date saat
Next PauseResume Prev |
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən Şahbuz Rayon Məhkəməsinin inzibati binasında “Açıq qapı” günü keçirilib. “Açıq qapı” gününün keçirilməsində məqsəd vətəndaşların daha çox müraciət etdiyi ədliyyə fəaliyyəti ilə bağlı hüquqi yardımların göstərilməsi, onların maarifləndirilməsi, problemlərinin həll olunmasında onlara peşəkar dəstəyin göstərilməsidir.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində vakant terapevt, stomotoloq, ginekoloq, dermatoveneroloq, ultrasəslə müyainə, norkoloq, psixiatr vəzifələri üzrə həkim mütəxəssislərlə, həmçinin kiçik və orta rəis heyəti vəzifələri üçün qadın namizədlərlə müsahibənin keçirilməsi nəzərdə tutulmuşdur.
Penitensiar Xidmətin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində qulluğa qəbul olmaq istəyən namizədlər müvafiq olaraq tam orta, orta ixtisas və ya ali təhsilə malik olmalıdır. Yaşı 20-dən aşağı olmayan 30 yaşınadək Azərbaycan Respublikasının vətəndaşları qulluğa qəbul edilir.