date saat
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi fevralın 3-də Kəngərli rayonunda “Açıq qapı” günü keçirəcək.
Kəngərli Rayon Məhkəməsinin inzibati binasında baş tutacaq “Açıq qapı” gününün keçirilməsində məqsəd vətəndaşlara hüquqi yardım göstərməkdir.
Bəşər tarixinin ən qədim çağlarından başlayaraq ailə və onunla bağlı münasibətlər öz əhəmiyyətinə görə digər münasibətlərdən əsaslı şəkildə fərqlənmişdir. Hər bir xalqın ailə dəyərləri, heç şübhəsiz, onun öz mənəvi xüsusiyyətlərinə, adətlərinə, yaşayış tərzinə söykənməkdədir. Bu baxımdan Azərbaycan xalqı da öz milli və mənəvi dəyərlərinə söykənən çoxəsrlik ailə dəyərlərini yaratmışdır. Lakin müasir dövrün inkişaf tempi, ölkələr arasında yaranan yeni münasibətlər, bu və ya digər səbəblərdən miqrasiya prosesləri, həmçinin kütləvi informasiya vasitələrinin və internet resurslarının bolluğu müxtəlif xalqların bir-birinin həyatına inteqrasiyasını sürətləndirmişdir.
Təbii ki, ölkəmiz də bu zəruri inteqrasiyadan kənarda qalmır, beynəlxalq münasibətlərin subyekti kimi sosial-iqtisadi, siyasi və hüquqi müstəvidə öz yerini almaqdadır. Xalqların bir-birinin həyatına bu və ya digər səviyyədə inteqrasiyası yaxşı xüsusiyyətlərlə yanaşı, eyni zamanda digər problemlərə, eləcə də müəyyən qədər ailə problemlərinin yaranmasına da səbəb olur. Belə səbəblərdən biri də Avropa ölkələrinin televiziya kanallarının müxtəlif cihazların, eləcə də internet resurslarının köməyi ilə yaşayış evlərində yayımlanmasıdır. Bütün bunların nəticəsi olaraq ailə münasibətlərinə, ümumilikdə, qəbul etsək, cəmiyyətin və dövlətin maraqlarına uyuşmayan yad dəyərlər də daxil olmaqdadır.
Yanvarın 27-də təsdiq etdilmiş tədbirlər planının icrası məqsədilə Cəlilkənd kənd mərkəzində rayon sakinlərinin iştirakı ilə “Erkən nikah və onun fəsadları mövzusunda” maaarifləndirici seminar keçirilib.
Tədbiri giriş sözü ilə Şərur Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşı Surayə Bəşirova açaraq mövzunun aktuallığından və maarifləndirici tədbirlərin müsbət təsirindən bəhs etmişdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Elton Həziyev “Erkən nikah ailə institumuzun təhdididir” mövzusunda çıxış edərək ailə dəyərlərimiz, onun əhəmiyyəti barədə məlumat verib. Qeyd olunub ki, erkən evliliklərə dünyada olduğu kimi, ölkəmizdə də daha çox qızlar məruz qalırlar. Uşaq yaşda qurulan ailələrin təməli sağlam olmur və ailə münaqişələrinin yaranmasına birbaşa təsir edir.
“Erkən nikah problemlərinin sosial və hüquqi tərəfləri” barədə Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti aktları bölməsinin rəisi, kiçik ədliyyə müşaviri Həbibə Əliyeva məlumat verib. Bildirib ki, qızların erkən nikaha məruz qalmaları onların sosiallaşmasına, cəmiyyətə adaptasiyasına mane olur. Təhsildən yayınmaları nəticəsində təhsil hüquqları pozulur, bu isə öz növbəsində onların gələcəkdə öz hüquqlarını bilməmələrinə, nəticədə isə cəmiyyətin savadsızlaşmasına şərait yaradacaqdır.
Yanvarın 27-də ədliyyə naziri Daşqın Rəhimov Türkiyə Respublikasının Naxçıvandakı baş konsulu Asip Kaya ilə görüşüb.
Nazir ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb, ikitərəfli münasibətlərimizin müxtəlif sahələrdə inkişafının möhkəmlənməsini qeyd edib.