date saat
2023-cü ildə xalqımız Azərbaycanın ən yeni tarixinin yaradıcısı, müstəqil dövlətçiliyimizin memarı və xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyini qeyd edir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən müdrik dövlət siyasəti nəticəsində dünya dövlətləri birliyində öz layiqli yerini tutan Azərbaycan Respublikasında mütərəqqi islahatlar aparılmaqla demokratik, hüquqi bir dövlət qurulmuşdur. Azərbaycan xalqının xoşbəxtliyi ondadır ki, dövlət müstəqilliyimizin çətin bir dövründə, Azərbaycan dövçlətçiliyi dağılmaq təhlükəsi qarşısında qaldığı bir vaxtda məhz belə bir dahi şəxsiyyət – Ulu Öndər Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdı və liderlik missiyasını öz üzərinə götürdü. Bu tarixi missiyanı xalqın tələbi ilə yenidən öz üzərinə götürən əvəzolunmaz Liderimizin aşağıdakı kəlamına nəzər yetirsək, bir daha görərik ki, bu dahi insan öz xalqına, dövlətinə, millətinə nə qədər bağlı olmuşdur: “...Bizim böyük məsuliyyətimiz var. Biz müstəqil Azərbaycan dövləti yaradırıq və onu elə yaratmalıyıq ki, daim yaşasın, heç bir qüvvə onu heç vaxt heç bir yana əyə bilməsin, heç bir böyük dövlət gəlib bizim, Azərbaycan xalqının milli azadlığını, müstəqilliyini əlindən ala bilməsin. Bunun üçün də hər kəs bu müstəqilliyi qorumaqdan ötrü sadiq olmalı və öz şəxsi mənafeyini milli mənafedən aşağı tutmalıdır...”
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi fevralın 23-də Babək rayonunda “Açıq qapı” günü keçirəcək.
Babək Rayon Məhkəməsinin inzibati binasında baş tutacaq “Açıq qapı” gününün keçirilməsində məqsəd vətəndaşlara hüquqi yardım göstərməkdir.
Fevralın 04-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində vətəndaşlarla daha çox təmasda olan və onlara xidmət göstərən əməkdaşlar üçün “Vətəndaşlarla effektiv ünsiyyətin qurulması” mövzusunda treninq təşkil edilib.
Nazirliyin struktur qurumlarında çalışan ədliyyə işçilərinin cəlb edildiyi təlimdə “Ədliyyə işçilərinin xidməti davranış qaydalarına dair qanunvericiliyin tələbləri”, “Ünsiyyətin verbal və qeyri-verbal vasitələri” və “İdarəetmənin psixologiyası və vətəndaşlarla effektiv ünsiyyət” mövzuları üzrə mühazirələr diqqətə çatdırılıb.