date saat

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən Şahbuz Rayon Məhkəməsinin inzibati binasında “Açıq qapı” günü keçirilib. “Açıq qapı” gününün keçirilməsində məqsəd  vətəndaşların daha çox müraciət etdiyi ədliyyə fəaliyyəti ilə bağlı  hüquqi yardımların göstərilməsi, onların maarifləndirilməsi, problemlərinin həll olunmasında onlara peşəkar dəstəyin göstərilməsidir.

Gün ərzində nazirliyin bir neçə struktur qurumunun təcrübəli əməkdaşları tərəfindən müraciət edən vətəndaşların problemləri dinlənilərək onlara qanunamüvafiq məsləhətlər verilib, həlli mümkün olan məsələlərə dəstək göstərilib.

Qeyd edək ki, “Açıq qapı” günlərinin keçirilməsi ədliyyə sahəsində aşkarlıq və şəffaflığın, vətəndaş məmnunluğunun təmin olunması, habelə ictimaiyyətlə əlaqələrin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin ardıcıl davamıdır. Məlumat üçün bildirək ki, “Açıq qapı” günlərinin davamlı olaraq muxtar respublikanın digər şəhər və rayonlarında da keçirilməsi nəzərdə tutulmuşdur və bu barədə nazirliyin rəsmi saytında və sosial şəbəkə hesablarında əvvəlcədən məlumat veriləcəkdir.  

        Naxçıvan Muxtar Respublikası

   Ədliyyə Nazirliyinin mətbuat xidməti