date saat

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində vakant terapevt, stomotoloq, ginekoloq, dermatoveneroloq, ultrasəslə müyainə, norkoloq, psixiatr vəzifələri üzrə həkim mütəxəssislərlə, həmçinin kiçik və orta rəis heyəti vəzifələri üçün qadın namizədlərlə müsahibənin keçirilməsi nəzərdə tutulmuşdur.

Penitensiar Xidmətin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində qulluğa qəbul olmaq istəyən namizədlər müvafiq olaraq tam orta, orta ixtisas və ya ali təhsilə malik olmalıdır. Yaşı 20-dən aşağı olmayan 30 yaşınadək Azərbaycan Respublikasının vətəndaşları qulluğa qəbul edilir.

“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, ikili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, tibbi rəyə əsasən fiziki və ya əqli qüsurlarına görə işləməyə qadir olmayan, qanunla müəyyən edilmiş həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırışyaşlı vətəndaşlar, məhkəmə, prokurorluq, ədliyyə digər hüquq-mühafizə və ya başqa dövlət orqanlarında əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə bu orqanlardan xaric edilmiş şəxslər işə qəbul edilmirlər.

Sənəd qəbulu Naxçıvan şəhəri, İslam Səfərli küçəsi 1 ünvanında yerləşən Ədliyyə Nazirliyinin inzibati binasında 01 fevral 2023-cü il tarixdən 01 aprel 2023-cü il tarixədək nəzərdə tutulmuşdur.

Əlaqə nömrəsi: (036) 545-00-69