date saat
Next PauseResume Prev |
Fevralın 03-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən Kəngərli Rayon Məhkəməsinin inzibati binasında vətəndaşların daha çox müraciət etdiyi ədliyyə fəaliyyəti ilə bağlı hüquqi yardımların göstərilməsi, onların maarifləndirilməsi, problemlərinin həll olunmasında onlara peşəkar dəstəyin göstərilməsi məqsədilə növbəti “Açıq qapı” günü keçirilib.
Nazirliyin bir neçə struktur qurumunun təcrübəli əməkdaşları tərəfindən müraciət edən vətəndaşların problemləri dinlənilərək onlara qanunamüvafiq məsləhətlər verilib, həlli mümkün olan məsələlərə dəstək göstərilib.
Yanvarın 31-də ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin hibrid formatda kollegiya iclası keçirilib.
Çıxış edən nazir 2022-ci ilin ölkəmiz üçün uğurlu olduğunu, xalqımızın ümummilli lideri, bu il 100 illiyini qeyd etdiyimiz dahi Heydər Əliyevin ideya və amallarının ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilərək respublikamızın sosial-iqtisadi tərəqqisini, beynəlxalq reytinqlərdə dayanıqlı inkişafına görə yüksək pillədə qərarlaşdığını vurğulayıb.
Bildirib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində işğaldan azad edilmiş torpaqlarımız dövlətimizin öz gücü hesabına sürətlə bərpa olunur, bu istiqamətdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mühüm layihələr gerçəkləşdirilir. Bütün bunlar dövlətimizin dünyada iqtisadi qüdrətini nümayiş etdirir.