date saat
Next PauseResume Prev |
Fevralın 10-da Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və İnsan Hüquqları üzrə Müvəkkili (Ombusdman) Aparatının birgə təşkilatçılığı ilə “Uşaqla ünsiyyət hüququnun təmin edilməsi” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Ədliyyə Nazirliyinin İcra və probasiya şöbəsinin rəisi, baş ədliyyə müşaviri Emin Kazımov açaraq tədbirin mahiyyəti və əhəmiyyəti barədə məlumat verib.
Fevralın 07-də Ordubad rayonunun Aşağı Əylis Kənd Mərkəzində bir qrup bələdiyyə üzvünün və rayon sakinlərinin iştirakı ilə “Yerli özünüidarənin həyata keçirilməsində vətəndaşların rolu” mövzusunda seminar keçirilib.
Seminarda Ədliyyə Nazirliyinin və Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşları yerli özünüidarəetmə orqanları ilə vətəndaşlar arasında qarşılıqlı fəaliyyətin əhəmiyyəti barədə məlumat veriblər.