date saat

Yanvarın 27-də ədliyyə naziri Daşqın Rəhimov Türkiyə Respublikasının Naxçıvandakı baş konsulu Asip Kaya ilə görüşüb.

Nazir ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb, ikitərəfli münasibətlərimizin müxtəlif sahələrdə inkişafının  möhkəmlənməsini qeyd edib.

Baş konsul Asip Kaya, öz növbəsində, səmimi görüşə görə minnətdarlığını bildirib, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası  arasında bütün sahələr üzrə əməkdaşlığın bundan sonra da uğurla həyata keçiriləcəyinə əminliyini ifadə edib.

Sonra hüquqi əməkdaşlıq məsələləri, eyni zamanda ədliyyə fəaliyyəti ətrafında faydalı fikir mübadiləsi  və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi aparılıb. 

        Naxçıvan Muxtar Respublikası

   Ədliyyə Nazirliyinin mətbuat xidməti