date saat

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Taburunun şəxsi heyətinin peşəkar hazırlığının yüksəldilməsinə və praktiki vərdişlərə yiyələnməsinə xüsusi diqqət yetirilir. Bu gün Mühafizə Taburunda xidmət keçən əməkdaşlar arasındakı birlik, vətənpərvərlik və yüksək döyüş əhval-ruhiyyəsi cəzaçəkmə müəssisələrinin etibarlı müdafiəsinə və mühafizəsinə tam təminat verir. Burada şəxsi heyətin əsas vəzifəsi cəzaçəkmə müəssisələrinin mühafizəsi və müdafiəsi üçün xidməti tapışırqların yerinə yetirməkdir. 

Mayın 24-dən başlayaraq  3 gün ərzində Mühafizə Taburunda xidmətkeçən Mühafizə bölüyünün şəxsi heyəti idmanın stend atıcılığı növü üzrə təlimə cəlb ediliblər. Təlimin təşkil edilməsində əsas məqsəd stend atıcılığı üzrə müəyyən edilən atıcı silahlar vasitəsilə gündüz və məhdudgörmə şəraitində peyda olan və hərəkət edən hədəflərə müxtəlif vəziyyətlərdən, yerindən atəş təcrübəsini artırmaqdır. Belə təlimlər əməkdaşlara dözümlülük, özünəinam kimi vərdişləri aşılayır ki, bu da gələcək xidməti fəaliyyət dövründə  ona kömək edir. Eyni zamanda bu atışlar şəxsi heyətə təcrübə qazandırır, sərbəstlik və fəallıq kimi vərdişlərinin də artırılmasında yardımçı olur.

 

 

        Naxçıvan Muxtar Respublikası

     Ədliyyə nazirliyinin mətbuat xidməti