date saat

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən nazirliyin 2022-ci ilə dair iş planının icrası ilə əlaqədar aidiyyəti orqanlarla qarşılıqlı əməkdaşlıq fəaliyyəti davam etdirilir. Bu məqsədlə mərkəzin ekspertləri tərəfindən Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində peşə hazırlığının artırılması kursuna cəlb olunmuş yol-patrul xidmətinin əməkdaşları üçün “Nəqliyyat vasitələrinin idarə edilməsində təhlükəsizlik tədbirlərinin praktikası” mövzusunda seminar-məşğələ keçirilmişdir.

Tədbiri giriş sözü ilə Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis kapitanı Ayaz İsmayılov açaraq Məhkəmə Ekspertizası Mərkəzi ilə əməkdaşlığın əhəmiyyətini qeyd etmiş, mövzunun aktullığı haqqında məlumat vermişdir.

Mərkəzin Yol-nəqliyyat hadisələri ekspertizası bölməsinin eksperti I dərəcəli ədliyyə qulluqçusu Azər Abdullayev yol nəqliyyat hadisələrinin baş vermə səbəbləri, nəqliyyat vasitələrinin istismar qaydaları və  nəqliyyat vasitələrinin təhlükəsiz idarə edilməsi üsulları məsələri barədə məlumat vermişdir. Ekspert qeyd etmişdir ki, bu gün piyadaların yola daxil olarkən, sərnişinlərin nəqliyyat vasitəsi ilə gedərkən və nəqliyyat vasitəsindən düşərkən, eyni zamanda  sürücülərin yol hərəkət qaydalarına, ən önəmlisi təhlükəsizlik qaydalarına əməl etməmələri, insanların həyat və sağlamlıqları üçün təhlükə yaradır.

Mərkəzin Yol-nəqliyyat hadisələri ekspertizası bölməsinin böyük eksperti I dərəcəli ədliyyə qulluqçusu Məhəmməd Həşimov çıxış edərək bildirib ki, yol-nəqliyyat hadisələrinin təhlilinə əsasən hadisələrin əksəriyyəti sürücülərin avtomobili qeyri-normal idarə etməsi və yol hərəkəti qaydalarına əməl etməməsi nəticəsində baş verir. Ona görə də sürücülər yol hərəkət qaydaları ilə bağlı biliklərini yenilənməli və təkmilləşdirilməlidirlər. Ekspert nəqliyyat təhlükəsizliyində sürücülərin psixoloji vəziyyətinin, ehtiyatlı davranışının və sürücülük tərzinin təsirindən ətraflı bəhs etmiş, onların istənilən halda emosiyaları cilovlamalarının və təmkinli olmalarının vacibliyi diqqətə çatdırmışdır. 

Sonda yol-patrul xidmətinin əməkdaşlarının maraqlandıqları suallara aydınlıq gətirilmişdir.

 

    Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti