date saat

Qeydiyyat şöbələrində aparılan əməliyyatların qanunvericiliyə uyğun aparılması, kargüzarlıq qaydalarının həyata keçirilməsində nöqsanların aradan qaldırılması və hüquqi biliklərin təkmilləşdirilməsi məqsədilə görülən işlər təhlil edilmişdir. Tədbirdə nazirliyin Qeydiyyat və notariat şöbəsinin əməkdaşları və rayon (şəhər) qeydiyyat şöbələrinin rəisləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə nazirliyin Notariat və qeydiyyat şöbəsinin hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti bölməsinin rəisi I dərəcəli ədliyyə qulluqçusu Həbibə Əliyeva açaraq bildirib ki, nazirliyin əsas fəaliyyət istqamətlərindən biri də vətəndaşlıq vəziyyəti aktlarının həyata keçirilməsidir. Məsul şəxslər tərəfindən bu sahə üzrə əməliyyatlar rəsmiləşdirilərkən qanunvericiliyin tələbləri nəzərə alınmalı və qeydiyyat şöblərinə müraciət edən vətəndaşların qanuni mənafeləri qorunmalıdır. Əməliyyatların aparılmasında nəzərdə tutulan müddətlər gözlənilməli, kargüzarlıq qaydalarına riayət edilməlidir. Qeydiyyat şöbəsinin rəisi onun fəaliyyətini tənzimləyən qanunvericilik aktlarına əməl etməli, peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məlumatları qorumalıdır.

Qeyd olunub ki, nazirlik tərəfindən qeydiyyat şöbələrinin xidməti fəaliyyəti ilə bağlı təşkilati məsələlər daim diqqətdə saxlanılır. Əməkdaşlar nizam-intizamlı olmalı və müraciət etmiş şəxslərlə nəzakətli davranmalıdırlar. Əmək intizamına ciddi əməl edilməli, statistik hesabatların dəqiq işlənilməsinə diqqət artırılmalıdır. Qeydiyyat şöbələrinin əməkdaşları fəaliyyətləri ilə bağlı nazirliyin apardığı hüquqi maarifləndirmə tədbirlərində yaxından iştirak etməlidirlər.

Sonra rayon (şəhər) qeydiyyat şöbələrinin rəisləri öz fəaliyyətləri ilə bağlı məruzə etmişlər. Mövzuyla əlaqədar müzakirələr aparılmış, verilən suallar ətraflı cavablandırılmışdır.

 

        Naxçıvan Muxtar Respublikası

     Ədliyyə Nazirliyinin mətbuat xidməti