date saat

Bu məqsədlə iyunun 5-də Ədliyyə Nazirliyinin aparatında çalışan əməkdaşların nəzəri və peşə biliklərinin artırılması, etik davranış qaydalarına əməl olunması,  icra və əmək intizamına riayət edilməsi istiqamətində növbəti seminar təşkil edilmişdir. 

Qeyd olunub ki, mütəmadi olaraq işçilərin nəzəri biliklərinin və peşə hazırlığının artırılması istiqamətində müvafiq tədbirlər görülür, tədris saatları və seminarlar təşkil edilir. Çünki gələcəkdə işçinin tutduğu vəzifəyə uyğun olub-olmaması, mükafatlandırılması və vəzifədə irəli çəkilməsi məsələlərinin həlli zamanı nəzəri və peşə hazırılığı nəzərə alınır. Ona görə də əməkdaşlar nəzəri biliklərini və peşə hazırlıqlarını daim artırmalı, nazirliyin fəaliyyət istiqamətinə uyğun yeni bilikləri mənimsəməlidirlər.

Vurğulanıb ki,  hər bir ədliyyə işçisinin etik davranış qaydalarına, nizam-intizama əməl etməsinə nəzarət edilir və bu istiqamətdə tədbirlər görülür. Əməkdaşların istər xidməti, istərsə də xidmətdən kənar fəaliyyəti və davranış qaydalarına riayət etmələri ilə bağlı müntəzəm olaraq yoxlamalar aparılır. Bu gün əməkdaşların nizam-intizama ciddi əməl etməsi, işçilərin öz üzərində işləməsi və maariflənməsi nazirlik sistemində çalışan işçilərin qarşısına qoyulan əsas vəzifələrdəndir. Ədliyyə işçisi ünsiyyətdə olduğu bütün şəxslərlə davranışında nəzakətli, diqqətli və təmkinli olmalıdır. Peşə fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri qəbul etməli, qiymətləndirməli və onlardan düzgün nəticə çıxarmalı, qanunvericiliyin tələblərinin pozulmasına yol verməməlidir. Eləcə də hər bir əməkdaş istifadəsində olan dövlət əmlakından, rabitə, kompüter və digər kommunikasiya sistemlərindən, maddi-texniki təchizat avadanlıqlarından qənaətlə və səmərəli istifadə etməlidir.

Seminarda nazirliyin əsasnaməsi ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq  həyata keçirilən işlər barədə qanunvericiliyin tələbləri əməkdaşların diqqətinə çatdırılmış, qarşıda duran vəzifələrdən bəhs edilmişdir.

Sonda yaranmış sualların qanunvericiliklə müəyyən edilmiş qaydada həlli ilə bağlı fikirlər ətrafında müzakirələr aparılmışdır. 

 

          Naxçıvan Muxtar Respublikası

      Ədliyyə Nazirliynin mətbuat xidməti