date saat

Aprelin 19-da Dövlət Sığorta Xidmətinin əməkdaşları tərəfindən Ədliyyə Nazirliyində nazirliyin və Məhkəmə Ekspertiza Mərkəzinin əməkdaşlarının iştirakı ilə “Sığortanın müxtəlif növləri ilə bağlı” maarifləndirici görüş keçirilib.

Tədbiri giriş sözü ilə Ədliyyə Nazirliyinin Kadrlar bölməsinin rəisi, ədliyyə müşaviri Niyaməddin Əliyev açaraq keçirilən tədbirin əhəmiyyətini iştiraşçıların diqqətinə çatdırıb.  

Sonra Dövlət Sığorta Xidmətinin əməkdaşları Mehdi Bağırov “Fərdi qəza sığortası”,  Amil Məmmədov “Daşınmaz əmlakın icbari sığortası”,  Çinarə Mərcanova  isə “Fiziki şəxslərə məxsus olan heyvanların sığortası” barədə məlumat veriblər.

Məruzəçilər sığorta növləri, sığortanın tətbiq dairəsi, sığortaolunanların hüquqları və vəzifələri, eyni zamanda sığortanın verilmə şərtləri və qaydaları haqqında əsas məqamları izah ediblər. Qeyd olunub ki, fərdi qəza sığortası sığortaolunanlara bədbəxt hadisələr nəticəsində yaranan maddi zərərlərin əvəzini ödənilməsi baxımından əhəmiyyət kəsb edir. Fərdi qəza sığortası olan insana onun harada  və  hansı saatda olmağından  asılı olmayaraq baş verən bədbəxt hadisələrdən maddi təminat verir. Müqaviləyə əsasən hadisə baş verdiyi zaman sığorta ödənişi sığorta olunana, sığortaolunan bədbəxt hadisə nəticəsində vəfat etdiyi hallarda isə onun övladlarına verilir. Dövlət Sığorta Xidməti gözlənilməz hadisələrdən dəymiş zərərin əvəzini ödəməklə sığortalı vətəndaşlara sığorta zəmanəti verir.

Qeyd olunub ki, fiziki şəxslərə məxsus olan heyvanların sığorta növünün əhatə dairəsi 2020-2021-ci illərdə xeyli genişləndirilib və qısa müddətdə vətəndaşların marağını cəlb edə bilib.  Bu sığorta növü təbii fəlakətdən və digər səbəblərdən  sahibkarlara və fərdi təsərrüfat sahiblərinə dəymiş ziyanın aradan qaldırılması üçün mühüm əhəmiyyət daşıyır. 

 

 Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti