date saat
Dövlət Reyestrinə daxil edilmək üçün təqdim olunan bütün hüquqi aktlar “hüquqiaktlar.nakhchivan.az” internet saytında dərc edilir və ümumi istifadə üçün daimi açıqlığı təmin olunur. Saytda hüquqi aktların məzmunu ilə tanışlıqla yanaşı, sənədlərin axtarışının həyata keçirilməsi də mümkündür. Eyni zamanda sayt milli qanunvericiliyin digər elektron bazasına daxil olmaq imkanı da yaradır.
Bu gün muxtar respublikamızda aparılan mütərəqqi islahatlar geniş qanunyaradıcı fəaliyyətlə müşayiət edilir. Reyestrin geniş qanunvericilik bazasının əks olunması və daim yenilənməsi internet istifadəçilərinin diqqətini cəlb edir. Zaman keçdikcə yeni hüquqi aktların reyestrə daxil edilməsinin nəticəsidir ki, ilbəil elektron istifadəçilərinin sayı artır.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti