date saat
Mayın 10-da Azərbaycan dövlətçiliyinin tarixində əvəzsiz xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cı ildönümü münasibəti ilə ədliyyə işçilərinin iştirakı ilə voleybol turniri təşkil edilmişdir. Yarışın keçirilməsində əsas məqsəd Ümummilli Liderin əziz xatirəsini yad etmək, ədliyyə orqanlarında idmanın inkişafına dəstək göstərmək, əməkdaşlara sağlam həyat tərzi aşılamaqdan ibarət olmuşdur.
Turnirdə nazirliyin aparatının və yerli icra və probasiya qurumlarının, Pentensiar Xidmətin aparatının, Məhkəmə Ekspertizası Mərkəzinin, cəzaçəkmə müəssisələrinin, İstintaq Təcridxanasının və Mühafizə Taborunun əməkdaşlardan ibarət təşkli olunmuş ümumilikdə 8 komanda iştirak etmişdir. Gün ərzində gərgin mübarizə şəratində keçən oyunların sonunda iki komanda ilə təmsil olunan Mühafizə Taburunun komandalarından biri birinci yerin, digəri ikinci yerin, Penitensiar Xidmətin aparatı isə üçüncü yerin qalibi olmuşlar. Qalib komandalara kuboklar, diplomlar təqdim olunmuşdur.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti