date saat

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin birgə əməkdaşlığı çərçivəsində Texniki Peşə və Sürücülük məktəbində “Yol hərəkəti qaydaları” mövzusuna həsr olunmuş açıq dərs keçirilib. 

Dövlət Yol Polisi İdarəsinin təbliğat üzrə inspektoru Ayaz İsmayılov yol hərəkəti qaydalarının təbliği istiqamətində aparılan tədbirlər barədə məlumat verib. Qeyd olunub ki, Dövlət Yol Polis İdarəsi və Ədliyyə Nazirliyinin əməkdaşları ilə birgə vətəndaşların maarifləndirilməsi istiqamətində  mütəmadi olaraq tədbirlər keçirilir. Lakin aparılan təbliğat işlərinə baxmayaraq hələ də yol nəqliyyat hadisələrinə səbəb olan məsuliyyətsiz davranışlara rast gəlindiyi vurğulanıb. Baş verən hadisələrdə sürücü diqqətsizliyi ilə yanaşı piyada məsuliyyətsizliyinin də olduğu diqqətə çatdırılb. Bu cür halların aradan qaldırılması üçün müvafiq qaydalara ciddi əməl edilməli, nəqliyyat vasitələrinin sazlığı mütəmadi yoxlanılmalıdır. Açıq dərsdə piyada keçidlərindən istifadə qaydaları xüsusilə diqqətə çatdırılıb. Yol hərəkət qaydalarının pozulması nəticəsində baş verən hadislərin statistikası barədə müdavimlərə məlumat verilib. 

Açıq dərsdə Məhkəmə Ekspertizası Mərkəzinin Yol nəqliyyat hadisələrinin ekspertizası bölməsinin böyük eksperti Məhəmməd Həşimov “Nəqliyyat vasitələrinin istismar qaydaları” barədə çıxış edib. Bildirib ki, yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, sürücülərin elecə də gələcəkdə sürücü olacaq şəxslərin yol hərəkət qaydaları ilə baglı bilikləri daim yenilənməli və təkmilləşdirilməlidir. Yol-nəqliyyat hadisələrinin əksəriyyətinin sürücülərin avtomobilin istismar qaydalarına əməl etməməsi nəticəsində baş verdiyi və buna görə də sürücülərin hərəkət şəraitindən, nəqliyyat vasitələrinin xarakteriskasından və hərəkət istiqamətindən asılı olmayaraq nəqliyyat vasitəsinin sazlığından əmin olmasının və sürət həddinə əməl etmələrinin vacibliyi diqqətə çatdırılıb.

 

        Naxçıavn Muxtar Respublikası

    Ədliyyə Nazirliyinin mətbuat xidməti