date saat

Aprelin 18-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşları Ədliyyə Akademiyasının distant formada təşkil etdiyi kursda iştirak etmişlər. Kurs “Vətəndaşların müraciətləri və vətəndaş məmnunluğunun təmin edilməsi” mövzusuna həsr edilmişdir.

Kurs hər biri 45 dəqiqə olmaqla iki hissədən ibarət olmuş, ilk hissədə məruzəçi Vəkillər Kollegiyasının üzvü Elxan Quliyev “Ünsiyyət psixologiyası, ünsiyyətin forması” mövzusunda çıxış edib. Məruzəçi ünsiyyətin anlayışı, növləri, formaları üsulları, işçi və işəgötürən arasında ünsiyyət prosesi, işçilərlə davranış qaydaları, ünsiyyət zamanı yarana biləcək mübahisələrin qarşısını almaq üçün davranış xüsusiyyətləri haqqında ətraflı məlumat vermişdir.

İkinci hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Katibliyinin baş məsləhətçisi, ədliyyə müşaviri Lalə Xəlilova “Vətəndaşların müracitələri haqqında Azərbaycan Respublikasının Qanunu” mövzusunda çıxış edib. Çıxış zamanı  vətəndaş müraciətlərinə baxılması müddəti, müraciətin hansı hallarda baxılmamış saxlanılması, təkrar müraciətlər, müraciətlərin qeydə alınması qaydası, elektron müraciətlərin qəbulu və şifahi müraciətlərin qəbulu barədə ətraflı məlumat verilmişdir.

Məruzə müddətində kursa cəlb olunan əməkdaşları maraqlandıran suallar ətraflı cavablandırılmışdır.

 

         Naxçıvan Muxtar Respublikası

     Ədliyyə Nazirliyinin mətbuat xidməti