date saat
Fevralın 26-da Ədliyyə Nazirliyinin 2022-ci ilə dair iş planının icrası ilə əlaqədar nazirliyin İcra və probasiya şöbəsinin və yerli şöbə və bölmələrinin əməkdaşlarının iştirakı ilə növbəti tədris saatı keçirilmişdir. Tədris saatında kadr potensialının inkişafı, kargüzarlıq işinin təşkili, nizam-intizam qaydalarının möhkəmləndirilməsi və etik davranış qaydalarına əməl edilməsi barədə müzakirələr aparılmışdır.
Nazirliyin Kadrlar bölməsinin rəisi ədliyyə müşaviri Niyaməddin Əliyev mövzu ilə əlaqədar əsas məqamları iştirakçıların diqqətinə çatdırıb. Bildirilib ki, nazirlik tərəfindən icra və probasiya qurumlarının kadr potensialının gücləndirilməsi və icraatda olan sənədlərin vaxtında və düzgün icrası məqsədilə işlər davam etdirilir. Nazirlik icra məmurlarının bilik və bacarıqlarının artırılması məsələsini daim diqqətdə saxlayır və bu məqsədlə mütəmadi olaraq onların peşə kurslarına cəlb edilməsi istiqamətində işlər görür.
İcra və probasiya şöbəsinin rəisi baş ədliyyə müşaviri Emin Kazımov “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini diqqətə çatdırıb. Bildirib ki, ədliyyə işçisi öz qulluq borcunun məsuliyyətini dərindən dərk etməli, ixtisasını artırmalı, eləcə də şöbə və bölmələrin rəisləri qulluq vəzifələrini yerinə yetirərəkən icra məmurlarının nəzəri biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması üçün tədbirlər görməlidirlər.
Sonra mövzu ətrafında yerli icra və probasiya qurumlarının əməkdaşları məruzə ilə çıxış etmiş, təhlillər aparılmış və verilən suallar cavablandırılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliynin mətbuat xidməti