date saat

Fevralın 24-də Ədliyyə Nazirliyinin İcra və probasiya şöbəsinin və İstintaq bölməsinin əməkdaşları tərəfindən Kəngərli rayonunda icra sənədi üzrə icradan yayınan borclularla profilaktik görüş təşkil edilmişdir.

Nazirliyin əməkdaşları “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini görüşdə iştirak edən borcluların diqqətinə çatdırmış və onlara borcun yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət barədə məlumat verilmişdir.  Qeyd olunmuşdur ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələbləri Azərbaycan Respublikasının ərazisində hüquqi və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Vurğulanıb ki, icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə təqsirkar şəxslər inzibati məsuliyyətə cəlb edildikdən sonra qanunsuz hərəkətlərini davam etdirdikləri təqdirdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən cinayət məsuliyyətinə cəlb edilirlər.

Sonra aliment və pul öhdəlikləri üzrə ödənişləri gecikdirən borclular dinlənilmiş, yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində müzakirələr aparılmış və onları maraqlandıran suallara  cavablandırılmışdır.

      

              Naxçıvan Muxtar Respublikası

             Ədliyyə Nazirliyinin mətbuat xidməti