date saat

Yanvarın 28-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbində “Sürücülərin peşə fəaliyyətində ekspert təcrübəsi” mövzusunda seminar keçirilmişdir. Maarifləndirici xarakter daşıyan seminarda nəqliyyat vasitələrinin istismar qaydaları, yol-nəqliyyat hadisələri hallarının aradan qaldırılması və sürücülük qorxusu və ya  amaksofobiya (avtomobil sürmək üçün patoloji qorxu) haqqında iştirakçılara məlumat verilmişdir.

Məktəbin direktoru Rəfael Abdullayev tədbiri giriş sözü ilə açaraq mövsumi şəraitlə əlaqədar olaraq baş verən yol nəqliyyat hadisələrinin aradan qaldırılması istiqamətində maarifləndirici tədbirlərin əhəmiyyətini diqqətə çatdırıb.

Seminarda Mərkəzin ekspertləri  Məhəmməd Həşimovun, Azər Abdullayevin və Fariz Səyyadovun mövzu ətrafında çıxışları dinlənilib. Qeyd olunub ki, yol-nəqliyyat hadisələrinin əksəriyyəti sürücülərin avtomobilin istismar qaydalarına əməl etməməsi nəticəsində baş verir. Yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, sürücülərin elecə də gələcəkdə sürücü olacaq şəxslərin yol hərəkət qaydaları ilə baglı bilikləri daim yenilənməli və təkmilləşdirilməlidir. Müdavimlərə yol nəqliyyat hadisələrinin qanunvericilkdə təsbiti, onların baş verməsinin obyektiv və subyektiv səbəbləri, həmçinin onların aradan qaldırılması üçün görülməli olan tədbirlər barədə ətraflı məlumat verilib.

Amaksofobiyanın (avtomobil sürmək üçün patoloji qorxusunun) səbəbləri və psixoloji gərginliyin fəsadları haqqında məlumat verən Mərkəzin eksperti həmin fobiyanın aradan qaldırılmasının vacibliyi və yolları haqqında danışıb.

Seminarın sonunda mövzu ətrafında müzakirələr aparılmış, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilmişdir.

 

Naxçıavn Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti