date saat

 

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən qeydiyyat şöbələrində 2020-ci ilin müvafiq dövründə görülmüş işlər və qarşıda duran vəzifələrə dair xidməti müşavirə keçirilmişdir.

Müşavirəni giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri baş ədliyyə müşaviri Daşqın Rəhimov açaraq bildirib ki, vətəndaşlıq vəziyyəti aktlarının həyata keçirilməsi nazirliyin əsas fəaliyyət istqamətlərindəndir. Vətəndaşlıq vəziyyəti aktları rəsmiləşdirilərkən qanunvericiliyin tələbləri nəzərə alınmalı və qeydiyyat şöblərinə müraciət edən vətəndaşların qanuni mənafeləri qorunmalıdır. Vurğulanıb ki, aparılan əməliyyatlar zamanı tərəflərin hüquq və vəzifələri izah edilməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərilməlidir. Əməliyyatların aparılmasında nəzərdə tutulan müddətlər gözlənilməli, kargüzarlıq qaydalarına riayət edilməlidir. Qeydiyyat şöbəsinin rəisi onun fəaliyyətini tənzimləyən qanunvericilik aktlarına əməl etməli, peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məlumatları qorumalıdır.

Sonra Notariat bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən ədliyyə müşaviri Zülfi İsmayılov, Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti bölməsinin rəisi I dərəcəli ədliyyə qulluqçusu Həbibə Əliyeva cari ilin ötən dövrü ərzində görülən işlər barədə, eləcə də rayon (şəhər) qeydiyyat şöbələrinin rəisləri öz fəaliyyətləri ilə bağlı məruzə etmişlər.

Sonda nazir müşavirəyə yekun vuraraq bildirdi ki verilən tapşırıqlar və qarşıda duran vəzifələr yerinə yetirilməli, nazirlik tərəfindən qeydiyyat şöbələrinin xidməti fəaliyyəti ilə bağlı təşkilati məsələlər daim diqqətdə saxlanılmalıdır. Qeydiyyat şöbələrinin rəisləri və əməkdaşları əməliyyatların rəsmiləşdirilməsi zamanı qanunun tələblərinə ciddi əməl etməli, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq nəzərdə tutulan rüsum vaxtında dövlət büdcəsinə köçürülməlidir. Əməkdaşlar nizam-intizamlı olmalı və müraciət etmiş şəxslərlə nəzakətli davranmalıdırlar. Əmək intizamına ciddi əməl edilməli, statistik hesabatların dəqiq işlənilməsinə diqqət artırılmalıdır. Qeydiyyat şöbələrinin əməkdaşları fəaliyyətləri ilə bağlı nazirliyin apardığı hüquqi maarifləndirmə tədbirlərində yaxından iştirak etməlidirlər.

 

        Naxçıvan Muxtar Respublikası

     Ədliyyə Nazirliyinin mətbuat xidməti