date saat

Ədliyyə işçiləri arasında müasir Azərbaycan Respublikasının qurucusu və memarı, Azərbaycanın dövlətçilik tarixində xüsusi xidmətləri olan ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 50-ci il dönümünə həsr olunmuş  şahmat turniri keçirilmişdir.
Şahmat oyunları intelektual səviyyəni yüksəltməyə və artırmağa stimul verən şahmat idman növlərindəndir. Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərliyinin bütün dövrlərində respublikada idmanın bütün növlərinə, o cümlədən şahmatın inkişafına şərait yaradılmış, diqqət və qayğı göstərilmişdir. Bunun nəticəsində idmançılarımız geniş miqyaslı uğurlara imza atmışlar.

Ədliyyə Nazirliyinin müvafiq əmrinə əsasən Penitensiar Xidmətin Mühafizə Taburunda keçirilən turnir nazirliyin aparatının, Penitensiar Xidmətin, Məhkəmə Ekspertiza Mərkəzinin və yerli icra və probasiya qurumlarının əməkdaşları arasında təşkil edilmişdir.

26 nəfər əməkdaşın mübarizə apardığı oyun İsveçrə modeli əsasında həyata keçirilib. Yarışın sonunda qaliblər müəyyən olunub. Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin əməkdaşı Abbasov Müslüm Elman oğlu birinci, Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Nəcəfov Sərdar Fərrux oğlu ikinci, Mühafizə Taburunun əməkdaşı Əsgərov Ramin Ağaverdi oğlu üçüncü yerə çıxmışlar.

Tədbirin sonunda Ədliyyə naziri Suliddin Əliyev tərəfindən qaliblərə diplom və hədiyyələr təqdim olunmuşdur.

 

     Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti