date saat
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi qeyd olunub, əlamətdar gün münasibətilə xidməti fəaliyyətində fərqlənmiş bir qrup ədliyyə işçisi mukafatlandırılıb.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində canlarından keçən şəhidlərin xatirəsi ehtiramla yad edilib.
Tədbirdə çıxış edən ədliyyə naziri Daşqın Rəhimov qeyd edib ki, dövlət müstəqilliyimiz bərpa olunduqdan sonra Ümummilli Liderin rəhbərliyi ilə ədliyyə orqanlarının hərtərəfli inkişafı üzrə köklü islahatlar aparılıb, nazirliyin cəmiyyətdə rolu və nüfuzu xeyli artıb. Ədliyyə Nazirliyi dövlətin hüquq siyasətini həyata keçirən əsas orqanlardan birinə çevrilib. Nazir dahi liderin təməlini qoyduğu məhkəmə-hüquq islahatlarının bu gün də uğurla davam etdirildiyini, ölkə Prezidenti İlham Əliyev tərəfindən hüquq sisteminin müasir çağırışlara uyğun inkişafı üzrə ardıcıl tədbirlərin görüldüyünü qeyd edib.
Nazir müavini, Penitensiar Xidmətin rəisi Emin Kazımov tədbirdə ulu öndər Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində, ictimai-siyasi həyatındakı rolundan bəhs edib, onun Azərbaycan xalqının inkişafındakı misilsiz xidmətlərindən danışıb. Emin Kazımov Heydər Əliyevin cəza-icra siyasəti, ölüm hökmünün ləğv edilməsi və onun tarixi əhəmiyyəti barədə ətraflı çıxış edib.
Nazirliyin Qanunvericilik bölməsinin rəisi Ayaz Məhərrəmov ümummilli lider Heydər Əliyevin insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi sahəsində gördüyü işlər, onun tarixi naliyyətləri barədə çıxış edib.
Sonra bir qrup ədliyyə işçisinin mukafatlandırılması həyata keçirilib. Ədliyyə nazirinin müvafiq əmrinə əsasən nazirliyin müxtəlif sahələrində xidmət aparan və xidməti fəaliyyəti fərqlənən əməkdaşları təltif olunub. Əməkdaşlar vəzifədə müddətdən əvvəl növbəti xüsusi rütbələrlə, eyni zamanda qiymətli hədiyyə və təşəkkürnamə nominasiyaları üzrə mukafatlandırılıblar.
Tədbirin sonunda ulu öndərin mənalı ömür yolu və Azərbaycanın dövlətçilik sistemində gördüyü işlərdən bəhs edən filmə baxış olub.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Naxirliyinni mətbuat xidməti