date saat

Yerli özünüidarə orqanlarının işində qanunçuluğun təmin edilməsi qanunvericiliklə Ədliyyə Nazirliyinin üzərinə qoyulmuş başlıca vəzifələrdən biridir. Nazirlik vəzifələrin icrasıyla əlaqədar mütəmadi olaraq bələdiyyələrin fəaliyyəti istiqamətində maarifləndirmə tədbirləri keçirir. 2019-cu il muxtar respublikamızda “Ailə təsərrüfatları ili” elan olunmuşdur.

“Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən bələdiyyələr də ailə təsərrüfatlarının dəstəklənməsinə öz səlahiyyəti daxilində köməklik göstərməlidirlər. Nazirlik bu istiqamətdə fəaliyyəti daim diqqət mərkəzində saxlayır.

Görüş zamanı qanunvericiliyin tələbləri, bələdiyyə torpaqlarının icarəyə verilməsi və bələdiyyə mülkiyyətinin idarə olunması barədə məlumatlar verilmiş, əməkdaşlar tərəfindən bələdiyyələrin sənədləşmə işlərinə baxış keçirilmişdir. Yol verilən nöqsanlar barədə aktlar tərtib edilmiş, onların aradan qaldırılması üçün metodiki köməklik göstərilmişdir. Bələdiyyə qurumlarında qeydə alınma kitabları, bələdiyyə iclaslarının protokollaşdırılması və qəbul edilən qərarların ayrılıqda tətbiq olunması, vətəndaşların şifahi və yazılı müraciətlərinin qəbul edilməsi və daxil olduğu gün qeydiyyat-nəzarət vərəqəsində qeydiyyata alınması, ərizələrin və verilən arayışların sürətlərinin saxlanılması, vergi ödəyicilərinə göndərilən tədiyə bildirişlərinin qeydə alınma kitabının işlənilməsi, maliyyə sənədləşməsinin aparılması və digər sahələr üzrə bələdiyyə üzvlərinə  tövsiyyə və tapşırıqlar verilmişdir.

Sonda bələdiyyə sədrlərinə “Sahibkarlığın inkişafında bələdiyyələrin iştirakı ilə bağlı qanunvericiliyə dair” sənədlər toplusu və “Yerli turizmin təşkilində bələdiyyələrin iştirakı” na dair metodik vəsaitlər təqdim olunmuşdur.

 

     Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti