date saat
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və Ailə və Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Naxçıvan” Universitetində “Gənc ailələrin sağlam olması gələcək nəsillərin sağlam olması deməkdir” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru, dosent Nurlana Əliyeva qonaqları salamlayıb, tədbirin mövzusu və mahiyyəti haqqında məlumat verib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının rəhbəri Eltun Həziyev “Ailə dəyərlərimiz milli dəyərlərimizin əsasıdır” mövzusunda çıxış edərək muxtar respublikada ailələrə və xüsusilə də gənc ailələrə göstərilən dövlət qayğısından danışıb.
“Nikahın qeydə alınması” mövzusunda çıxış edən Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti aktları bölməsinin rəisi Həbibə Əliyeva nikahın qeydə alınmasının müddəti və prosedürü barədə məlumat verib və müvafiq sahə ilə bağlı sualları cavablandırıb.
Sonra Naxçıvan Dövlət Universitetinin kafedra müdiri, həkim-ginekoloq, dosent Gültəkin Əliyeva “Nikahdan öncə gənclərin tibbi müayinələrdən keçməsi ailələrin sağlam olmasının əsas şərtlərindəndir” mövzusunda çıxış edib.
Sonda mövzu ilə bağlı tədbir iştirakçılarına broşürlər paylanılıb.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti