date saat

Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri Daşqın Rəhimov Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğunda olub.

Nazir, Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya ilə görüşüb. Görüşdə Türkiyədə baş verən güclü zəlzələ nəticəsində insanların həlak olması ilə bağlı başsağlığı verib, yaralılara şəfa diləyib.

Həmçinin ədliyyə naziri Baş Konsulluqda zəlzələ nəticəsində vəfat edənlərin xatirəsinə açılan başsağlığı dəftərini imzalayıb. 

   

      Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti