date saat
Fevralın 07-də Ordubad rayonunun Aşağı Əylis Kənd Mərkəzində bir qrup bələdiyyə üzvünün və rayon sakinlərinin iştirakı ilə “Yerli özünüidarənin həyata keçirilməsində vətəndaşların rolu” mövzusunda seminar keçirilib.
Seminarda Ədliyyə Nazirliyinin və Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşları yerli özünüidarəetmə orqanları ilə vətəndaşlar arasında qarşılıqlı fəaliyyətin əhəmiyyəti barədə məlumat veriblər.
Qeyd olunub ki, bələdiyyələrin fəaliyyətinin səmərəli qurulmasında yerli sakinlərin yaxından iştirakı mühüm əhəmiyyət kəsb edir. Yerli özünüidarəetmə orqanlarının yaradılması vətəndaşlara bələdiyyə ərazisindəki yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll etmək kimi əlverişli imkanlar yaradır. Yerli sakinlərin istər yerli əhəmiyyətli məsələlərin, istərsə də yaranmış hər hansı problemlərin həllində iştirakı vətəndaş-bələdiyyə münasibətlərinin formalaşmasında və bələdiyyə fəaliyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayır. Bələdiyyələr əhalini bələdiyyə fəaliyyəti ilə bağlı maarifləndirməli, əhalinin təklif və şikayətlərini dinləməli və öz səlahiyyətləri çərçivəsində qaldırılan məsələlərin həllinə köməklik göstərməlidirlər. Öz növbəsində vətəndaşlar yerli öüzünüidarə sahəsində fəal olmalı, yerli məsələlərin həllində yaxından iştirak etməlidirlər.
Diqqətə çatdırılıb ki, bələdiyyə qulluqçuları və üzvləri də ərazidə yaşayan sakinlərin problemlərinə diqqətlə yanaşılmalı, yerli əhəmiyyətli məsələlərin həlli ilə bağlı proqram tərtib etməlidirlər.
Seminarda iştirak edən vətəndaşların mövzu ilə bağlı sualları və çətinlikləri ətrafında müzakirələr aparılıb.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti