date saat
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq yerli özünüidarəetmə orqanlarına metodiki köməkliyin göstərilməsi sahəsində işlər davam etdirilir. Eləcə də bələdiyyə fəaliyyətinin səmərəli həyata keçirilməsinə, onlar tərəfindən qanunvericiliyə əməl edilməsinə nəzarət edilir. Eyni zamanda bələdiyyə orqanlarında qanunçuluğun təmin edilməsi, qəbul edilmiş qanunvericilik aktlarının mahiyyətinin öyrənilməsi və düzgün tətbiq edilməsi, bələdiyyələrdə kargüzarlıq işlərinin qanunvericiliyin tələblərinə uyğun aparılması məqsədi ilə nazirlik tərəfindən bələdiyyə üzvləri və qulluqçuları üçün seminarlar təşkil olunur. Qanunvericiliyin tələbləri barədə tövsiyə məktubları hazırlanaraq bələdiyyələrə göndərilir, metodiki vəsaitlərlə təmin edilirlər.
Oktyabrın ayının 25-dən başlayaraq nazirliyin Bələdiyyələrlə iş mərkəzinin əməkdaşları Ordubad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyə orqanlarına metodiki köməkliyin göstərilməsinə başlayıblar. Nazirliyin əməkdaşları bələdiyyələrin kargüzarlıq sənədlərinə baxış keçirir, bələdiyyə orqanlarında qeydiyyat jurnallarının işlənilmə qaydaları izah edir, onları lazimi sənəd nümunələri ilə təmin edirlər. Bələdiyyə sədrləri və qulluqçuları ilə keçirilən görüşlərdə qanunvericiliyin tələbləri izah edilir, yol verilmiş nöqsanların və çatışmazlıqların aradan qaldırılması yolları göstərilir, onların təkrar edilməməsi, xüsusən də onlara bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi zamanı qanunvericiliyin tələblərinə əməl edilməsi tövsiyə edilir.
Bələdiyyə orqanlarında olarkən qeyd olunur ki, muxtar respublikada yerli özünüidarəetmə orqanlarına göstərilən hərtərəfli diqqət və qayğının müqabilində bu orqanlarda çalışanlar işlərinə məsuliyyətlə yanaşmalı, vaxtında kargüzarlıq sənədlərini işləməli, qəbul edilən bələdiyyə qərarları qanunvericiliyin tələbləri cavab verməlidir. Xüsusən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə verilməsi zamanı nöqsanlara yol verilməməlidir. Bələdiyyə sədri və qulluqçusu üçün nəzərdə tutulan vəzifələrin icrası vaxtında təmin etməlidirlər.
Rayon ərazisində yerli özünüidarəetmə orqanlarına metodiki köməkliklərin göstərilməsi işi həftənin sonundək davam edəcəkdir.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti