date saat

Bu gün muxtar respublikada gənclər siyasəti uğurla həyata keçirilir, gənclərin vətənpərvər, dünyagörüşlü, savadlı olması, eyni zamanda milli ruhda tərbiyəsi diqqət mərkəzində saxlanılır. Onların ictimai-siyasi, iqtisadi və mədəni həyatda fəal iştirakı, sosial problemlərinin həlli, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının qəbul olunması, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi bütövlükdə muxtar respublikada gənclərlə iş sahəsində həyata keçirilən tədbirlərin əsasını təşkil edir.

Muxtar Respublikada da gənclər milli dəyərlərimizə hörmət ruhunda tərbiyə olunur, yeni ideyaların təşəbbüskarı və dövlət idarəçiliyində aparıcı qüvvə kimi formalaşır, idman, elm, mədəniyyət, incəsənət və digər sahələrdə böyük nailiyyətlər əldə edirlər.

Gənc dövlət qulluqçularının dünyagörüşünün, zehni inkişafının, intellektual düşünmə qabiliyyətlərini stimullaşdırmaq, onların asudə vaxtının səmərəli təşkil etmək, həmçinin, intellektual oyunların kütləviliyini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə “Saat Meydanı” turistik istirahət mərkəzidə gənc dövlət qulluqçuları arasında ilk dəfə “IQuiz” intellektual oyunu təşkil edilmişdir. İntellektual oyunda ümumilikdə muxtar respublikanın 10 dövlət qurumunu təmsil edən 10 komanda iştirak etmişdir. Maraqlı və gərgin mübarizəyə səhnə olan oyun 8 turdan və 52 sualdan ibarət olmuşdur. Yekun nəticələrə görə I yerin qalibi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyini təmsil edən komanda olmuşdur.

Təşkilatçı qurum tərəfindən qalib komandalara kubok, diplomlar və  hədiyyələr təqdim olunmuşdur.

 

     Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti