date saat

Mayın 18-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının 2022-ci il üçün təsdiq etdiyi birgə tədbirlər planına uyğun olaraq muxtar respublikada fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün seminar təşkil edilmişdir.

Qeydiyyat və notariat şöbəsinin notariat bölməsinin rəisi Zülfü İsmayılov seminarın keçirilməsinin əhəmiyyətindən danışıb. QHT-lərin qanuna uyğun fəaliyyətinin təmin edilməsi istiqamətində keçirilən tədbirlərin və dövlət dəstəyinin olmasının müsbət təsirindən bəhs edib.

İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının İnsan hüquqlarının müdafiəsi şöbəsinin hərbi qulluqçuların hüquqlarının müdafiəsi üzrə baş məsləhətçisi Rəmzi  Həsənov “Qeyri-hökümət təşkilatlarının fəaliyyətinin hüquqi aspektləri” barədə məlumat verib. Qeyd olunub ki,  qeyri-hökümət təşkilatları vətəndaş cəmiyyəti quruculuğu və ölkənin demokratikləşməsi prosesinin vacib institutlarından biridir. Onların dövlət orqanları ilə bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsasında sıx əməkdaşlığı vətəndaş cəmiyyətinin inkişafı və milli maraqların qorunmasında böyük əhəmiyyət daşıyır. 

Sonra Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti bölməsinin rəisi Həbibə Əliyevanın “Qeyri-hökümət təşkilatlarının fəaliyyətini tənzimləyən qanunvericiliklə müəyyənləşdirilən tələblər” və həmin bölmənin baş məsləhətçisi Reyhan Sadiqovanın “Qeyri-hökümət təşkilatlarının fəaliyyətinin müasir tələblərə uyğun qurulmasında həyata keçirilən tədbirlər” mövzusunda çıxışları dinlənilib. 

Vurğulanıb ki, qeyri-hökumət təşkilatlarının səmərəli fəaliyyət göstərmələrinə müsbət təsir göstərən mühüm amillərdən biri də hüquqi bazanın formalaşması olmuşdur. Bu sahə üzrə qanunvericilik aktlarının qəbul edilməsi və təkmilləşdirilməsi respublikamızda həmin qurumların hərtərəfli fəaliyyətinə zəmin yaratmış, QHT-lərin beynəlxalq standartlara uyğun qurulmasını şərtləndirmişdir.

Tədbirin gedişatı zamanı  mövzu ətrafında müzakirələr aparılmış, iştirakçıları maraqlandıran  suallar cavablandırılmışdır.

 

        Naxçıvan Muxtar Respublikası

     Ədliyyə Nazirliyinin mətbuat xidməti