date saat

Noyabr ayının 4-dən başlayaraq “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Ailə təsərrüfatı məhsulları” festivalının  keçirilməsinə başlanılıb.

Festivalda Naxçıvan Muxtar  Respublikasında fəaliyyət göstərən  ailə təsərrüfatçıları tərəfindən istehsal olunan və qablaşdırılan məhsullar təqdim olunur.

Məlumat üçün bildirək ki, festivalda həmçinin ailə təsərrüfatlarının istehsalı olan müxtəlif əl işləri, eləcə də nazirliyin Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumlar tərəfindən hazırlanan əl işləri də nümayiş olunur. 

Ağacişləmə və toxuculuq nümunələri, duzdan hazırlanmış müxtəlif fiqurlar, stol və stullar, ümumilkdə 200 adda digər əl işləri iştirakçılar tərəfindən maraqla qarşılanır.

Qeyd edək ki, festival noyabrın 7-dək davam edəcəkdir.

 

Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti