date saat

Ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları çərçivəsində ədalət mühakiməsinin həyata keçirilməsində və cinayətkarlığa qarşı mübarizədə mühüm rol oynayan ekspertiza fəaliyyətinin müasirləşdirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, alternativ mexanizmlərin tətbiqi üzrə ardıcıl tədbirlər həyata keçirilir. Ölkədə aparılan islahatların davamı olaraq Naxçıvan Muxtar Respublikasında da Məhkəmə Ekspertizası Mərkəzinin fəaliyyətinin yüksək səviyyədə qurulması məqsədilə işlər davam etdirilir.

Ədliyyə Nazirliyi tərəfindən Məhkəmə Ekspertizası Mərkəzinin kadr korpusunun yüksək hazırlıqlı və zəruri peşə keyfiyyətlərinə malik mütəxəssislərlə komplektləşdirilməsi diqqətdə saxlanılır. Belə ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin 2022-ci il iş planın icrası  istiqamətində məhkəmə ekspertizası sahəsində yeniliklərin öyrənilməsi, ekspertlərin təcrübi və nəzəri biliklərinin təkmilləşdirilməsi, eyni zamanda yeni ekspert ixtisasları alınması ilə bağlı nazirliyin Məhkəmə Eskpertizası Mərkəzinin Ballistik və trasoloji ekspertizalar şöbəsinin eksperti “Odlu silah və döyüş sursatlarının, qaz, pnevmatik və soyuq silahların tədqiqi” ekspert ixtisası alması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Eskpertizası Mərkəzinə ezam edilmişdir. Təşkli edilən 5 aylıq kurs müddəti ərzində ekspert kriminalistikanın nəzəri və metodoloji əsasları, məhkəmə ekspertizası fəaliyyətinin nəzəri və təcrübi əsasları, atəşli (odlu) silah və döyüş sursatlarının, qaz, pnevmatik və soyuq silahların ekspertizası üzrə təcrübi və nəzəri bilikləri mənimsəmişdir.

Qeyd edək ki, ekspertlərin mütəmadi olaraq ixtisasartırma, təkmilləşdirmə kurslarına cəlb edilməsi muxtar respublikada ekspertiza işinin səmərəliliyinin artırılmasına, ekspert rəylərinin keyfiyyətinin yüksəldilməsinə, peşəkar ixtisaslı kadrların formalaşmasına, həmçinin görülən işlərin keyfiyyətinin yüksəldilməsinə güclü zəmin yaradır.

 

        NaxçıvanMuxtarRespublikası

    ƏdliyyəNazirliyininmətbuatxidməti