date saat

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən Penitensiar Xidmətinin Mühafizə Taburunun şəxsi heyətinin peşə və döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə stend atıcılığı növü üzrə təlimlərə cəlb edilməsinə xüsusi diqqət yetirilir. Cari ilin mayından başlayaraq hər ay Mühafizə Taburunun şəxsi heyəti qruplar şəklində bu idman növü üzrə təlimlərə cəlb edilirlər. Təşkil edilən təlimlər əməkdaşlara dözümlülük, özünəinam kimi vərdişləri aşılayır ki, bu da onların gələcək xidməti fəaliyyətlərinə müsbət təsir edir. Təlim atışları şəxsi heyətin təcrübə qazanmasında, sərbəstlik və fəallıq kimi vərdişlərinin artırılmasında mühüm rol oynayır.

Avqustun 25-də Mühafizə Taburunda xidmətkeçən Mühafizə bölüyünün şəxsi heyətinin bir qrupu növbəti dəfə idmanın stend atıcılığı növü üzrə təlimə cəlb ediliblər. Təlimin təşkil edilməsi stend atıcılığı üzrə müəyyən edilən atıcı silahlar vasitəsilə gündüz və məhdudgörmə şəraitində peyda olan və hərəkət edən hədəflərə müxtəlif vəziyyətlərdən, yerindən atəş təcrübəsini artırılmasına şərait yaradılmasıdır. Qeyd edək ki, bu gün  Mühafizə Taburunda xidmət keçən əməkdaşların vətənpərvərlik və yüksək döyüş əhval-ruhiyyəsinin yüksək olması cəzaçəkmə müəssisələrinin etibarlı müdafiəsinə və mühafizəsinə xidmət edir. Xidmətdə olan hər bir əməkdaşın əsas vəzifəsi cəzaçəkmə müəssisələrinin mühafizəsi və müdafiəsi üçün xidməti tapışırqların vaxtında və düzgün yerinə yetirməkdir. 

 

        Naxçıvan Muxtar Respublikasının

     Ədliyyə Nazirliyinin mətbuat xidməti