date saat
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin yerli icra və probasiya şöbə və bölmələrinin vakant kadr potensialının gənc əməkdaşlarla komplektləşməsi diqqət mərkəzində saxlanılır. Bu məqsədlə müsabiqə elan edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən nazirliyin yerli icra və probasiya şöbə və bölmələrinin vakant icra məmuru vəzifələrin tutulması üçün elan edilmiş müsabiqənin test imtahanından keçmiş namizədlər üçün müsabiqənin söhbət mərhələsi keçirilmişdir.
Müsahibə zamanı Ədliyyə Nazirliyinin əməkdaşlarından ibarət yaradılmış komissiya tərəfindən namizədlərə hüququn müxtəlif sahələri və ədliyyə fəaliyyətinə dair qanunvericiliyə aid müxtəlif suallar verilmişdir. Müsahibənin obyektivliyi və şəffaflığı təmin edilmişdir.
Müsabiqənin test və söhbət mərhələsindən müvəfəqiyyətlə keçmiş 6 namizəd peşə fəaliyyətinə buraxılması üçün icbari təlimə cəlb edilmişlər. Təlim mövcud şəraitlə əlaqədar olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən onlayn qaydada təşkil olunmuşdur. Namizədlərin dərs prosesi ev şəraitində “Zoom” onlayn platforması üzərindən həyata keçirilir. Hazırda təlimdə akademiyanın təcrübəli pedoqoji müəllim heyəti tərəfindən namizədlərə ədliyyə fəaliyyətinin müxtəlif sahələri barədə, eləcə də icra və probasiya xidmətinin iş prinsipləri barədə geniş tədris prosesi aparılır. İcbari təlimi başa vurduqdan sonra imtahandan müvəfəqiyyət qazanmış namizədlər sertifikat alacaq və əmək fəaliyyətinə başlayacaqlar.
Naxçıvan Muxtar Respublikasının
Ədliyyə Nazirliyinin mətbuat xidməti