date saat
Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətlərindən olan yerli özünüidarə orqanlarına metodiki köməklik göstərmək işi ardıcıl olaraq davam etdirilir. Bələdiyyələrin işinin daim təkmilləşdirilməsinə, fəaliyyətlərinin daha səmərəli həyata keçirilməsinə xüsusi diqqət yetirilir. Muxtar respublikada uğurla həyata keçirilən demokratik və hüquqi islahatlar nəticəsində son illər böyük sosial-iqtisadi tərəqqi əldə olunmuş, dinamik inkişaf həyatımızın bütün sahələrini əhatə etmişdir. Bələdiyyə orqanları da müasir tipli yeni inzibati binalarda iş şərati ilə təmin olunmuşlar.
Ədliyyə Nazirliyi tərəfindən mütəmadi olaraq bələdiyyələrə metodiki köməkliklər göstərilir, onlara metodiki vəsaitlər, kitablar paylanılır və tövsiyə məktubları göndərilir. Bələdiyyə fəaliyyətini əhatə edən vəsaitlərin və kitabların paylanmasının məqsədi bələdiyyə üzvlərinin və qulluqçularının qanunvericilik aktlarının tələbləri barədə məlumatlandırılması və öz fəaliyyətlərində tətbiq etməsidir.
Nazirliyin əməkdaşları tərəfindən Kəngərli rayonu üzrə fəaliyyət göstərən bələdiyyələrdə olaraq kargüzarlıq sahəsində növbəti dəfə onlara metodiki köməklik göstərilmiş,“Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin səmərli təşkili və yerquruluşu işlərinin aparılması məqsədi ilə tədbirlərin görülməsinə dair”, “Metodik sənədlər toplusu”, “Qəbiristanlıqların saxlanılması və idarə olunması haqqında yaddaş kitabçası” və “Bələdiyyə üzvünün yaddaş kitabçası” metodiki vəsaitləri paylanılmışdır.
Nazirlik bu istiqamətdə olan tədbirlərini digər rayonlarda da davam etdirərək, bələdiyyə üzvləri və qulluqçularının maarifləndirilməsi, onlara hüquqi, metodoloji yardım göstərilməsi işini diqqət mərkəzində saxlayacaqdır.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti